"Real"ın müdafiəçisi zədəsini sağaldıb

"Real"ın müdafiəçisi zədəsini sağaldıb
İDMAN
19:12 25.04.2025
148
İspaniyanın "Real" klubunun müdafiəçisi Ferlan Mendi zədəsini sağaldıb.

Artıq məşqlərə qoşulan fransalı futbolçu sabah İspaniya Kubokunun "Barselona” ilə final matçında əsas heyətdə yer alacaq.

Mendinin Madrid klubunun son iki məşqində iştirak etdiyi və heç bir maneə olmadığı üçün baş məşqçi Karlo Ançelottinin onu meydana buraxmağa qərar verdiyi bildirilib.

Qeyd edək ki, 29 yaşlı arxa xətt oyunçusu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin "Atletiko" ilə cavab oyununda zədələnmişdi.
OXŞAR XƏBƏRLƏR