Reanimasiyada müalicə alan Madonnanın yeni FOTOSU

Reanimasiyada müalicə alan Madonnanın yeni FOTOSU
MAQAZİN
13:01 11.07.2023
673
Bakterial infeksiya səbəbilə Nyu-Yorkda xəstəxananın reanimasiya şöbəsində intubasiya edilən dünya şöhrətli müğənni Madonna evə buraxılıb.
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, sağlamlığına qovuşan məşhur müğənni ötən gün Nyu-York küçələrində gəzərkən görüntülənib.

64 yaşlı Madonna ötən gün keçirdiyi ağır günlərdən sonra ilk dəfə fotosessiyaya çəkilib.
 
Çətin günlərdən sonra sağlamlığına qovuşan Madonna Nyu-York küçələrində gəzərkən Loren Konlin adlı fanatının fotosuna tuş gəlib. TikTokda paylaşılan görüntüdə müğənninin qara şort, köynək, papaq və eynək kombinasiyası diqqət çəkib.

Qeyd edək ki, məşhur müğənni iyulun 15-də Kanadanın Vankuver şəhərində başlaması planlaşdırılan və 35 şəhəri əhatə edən dünya turnesi yarışına xəstəliyi səbəbindən qoşula bilməyib.
 
Gülay
 

 


OXŞAR XƏBƏRLƏR