Reanimasiyada yatan koronavirus xəstələri üzərində araşdırma aparıldı – Yeni faktlar üzə çıxdı

Reanimasiyada yatan koronavirus xəstələri üzərində araşdırma aparıldı – Yeni faktlar üzə çıxdı
DÜNYA
13:53 07.09.2021
1376

"Türk Reanimasiya Dərnəyi” altmış xəstəxananın reanimasiya şöbəsində yatan 952 koronavirus xəstəsi üzərində peyvənd araşdırması aparıb.

AZXEBER.COM xəbər verir ki, avqustun 11-də müalicə olunan 952 koronavirus xəstəsinin peyvənd və peyvənd edilməmiş analizi aparılıb.

Araşdırmaya görə, peyvənd edilməmiş qrupun yaş ortalaması 58, ikinci doz "Sinovac" peyvəndi olan qrupun yaş ortalaması isə 73-dür.

"Türk Reanimasiya Dərnəyi” sədri Oktay Demirkıran 2 xəstədən birinin vaksinlənmədiyini söyləyib: "Araşdırmalarımıza görə, hazırda reanimasiyada yatan 80-85% xəstələr vaksin vurdurmayanlardır. 15% isə vaksinin birinci dozasını vurduranlardır”.

Nəticələrə görə, reanimasiyada olan 952 nəfər arasında iki "Biontech" peyvəndi olanların sayı beşdir.

Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR