Milli Məclisin (MM) İnsan hüquqları komtəsinin sədri, professor Rəbiyyət Aslanovanın Gün.Az-a müsahibəsi:
- Rəbiyyət xanım, vətəndaş, dövlət-vətəndaş məhfumu sizin anlamınızda nədir?- Bilirsiniz, bu, çox geniş cavab tələb edən bir məsələdir. Ancaq bu yerdə ilk öncə onu qeyd etmək lzaımdır ki, Azərbaycanın güclü dövlət olması üçün bütün fəaliyyət, ilk növbədə, Azərbaycan vətəndaşının hərtərəfli və güclü inkişafının təmin edilməsinə yönəlib və siyasi liderimiz bunu ardıcıl olaraq bəyan edir. Təbii olaraq sual yaranır: vətəndaş olaraq dövlərimizin bu həssaslığına kifayət dərəcədə qarşılıqlı cavab verə bilirikmi? Hüquqlarımız qədər öhdəliklərimiz barədə də təsəvvürlərimiz varmı?Son günlər cəmiyyətdə müzakirə edilən məsələlərin müşahidəsi bu sualları cavablandırmaq üçün bir sıra qənaətlərə gəlməyi mümkün edir. Bunlardan birincisi odur ki, Azərbaycan xalqı, vətəndaşı, gənci bu illərdə olduğu kimi, yenə də öz dövlətinin yanındadır. İkinci qənaət isə onu deməyə imkan verir ki, cəmiyyətdə, xüsusilə, gənclər sırasında milli təəssübkeşliyin və tarixi yaddaşın möhkəmləndirilməsi, vətənpərvərliyin tərbiyəsi səhəsində səylərimiz daha intensiv olmalı, sistemli şəkildə həyata keçirilməlidir. Ehtmal olunan hər cür cəhdlərə qarşı sarsılmaz mənəvi müqavimət formalaşmalıdır. Bu istiqamətdə diqqət mərkəzində olan əsas məsələlərdən biri də cəmiyyətdə “vətəndaş olmaq nə deməkdir” sualına dair aydın təsəvvürlərin formalaşmasıdır.Dövlət və vətən vahid tam təşkil edən anlayışlardır. Vətəndaş olmaq böyük hüquq və nemətdir…- Sizcə, Vətəni sevmək, dövləti sevmək deməkdir, yoxsa…- Birmənalı olaraq, belədir. Vətənini sevən vətəndaş - güclü dövlətin hər şeyə qadir olan qüvvəsidir. Tarixdən məlum olan həqiqətdir ki, vətəni, məmləkəti “dövlət” zirvəsinə ucalda bilmək vətənini sevən insanların - vətəndaşların missiyasıdır. Vətənlərinin adını dünyanın siyasi tarixinə yaza bilən və qüdrətli ölkəyə çevirənlər, həm də dövlətin əbədi olaraq ən ali vətəndaş örnəyinə çevriliblər. Bu həmişə belə olub və və belə olacaq.Bu vətəni bizə Tanrı bəxş edib, əcdadlarımız, tarixi şəxsiyyətlərimiz onu qoruyub, saxlayıb. Bu dövləti isə suveren Azərbaycanı 90-cı illərin əzab-əziyyəti ilə xalqla çiyin-çiyinə dahi siyasət öndəri - ümummilli lider Heydər Əliyev yaradıb. Taleyin möcüzəsi kimi ulu öndərin memarı olduğu müstəqil dövlətçiliyimiz qurulub və tarixdə ilk dəfə özünü “müstəqil Azərbaycan vətəndaş” adlandıra biləcək yeni nəsil yaranıb. Ən böyük azərbaycanlı olan ulu öndərin 18 oktyabr 1993-cü il tarixdə Azərbaycanın müstəqillik gününun 2-ci ildönümü münasibətilə xalqa təbrikini yada salanda onun vətəndaş və dövlət münasibətlərinə verdiyi dəyər gözümüz önündə canlanır. O zaman müstəqillik o qədər kövrək, dövlətin taleyi o qədər qeyri-müəyyən idi ki, ümummilli lider Heydər Əliyev öz təbrikini müraciət üstündə -müstəqil olmaq istəyən vətəndaşlara xitab üzərində qurmuşdu:“Hörmətli həmvətənlər! Bu gün Azərbaycanın həyatında əlamətdar gündür – Dövlət müstəqilliyinin 2-ci ildönümüdür. Mən bu əlamətdar gündə, respublikamızın bütün vətəndaşlarına müraciət edirəm. Bu müstəqilliyi daimi etmək üçün fədakar əməyə dəvət edirəm. Mən bu gün Azərbaycan Silahlı Qüvvələrinə, Vətənini əziz sayan, onu sevən hər bir vətəndaşa müraciət edirəm. Biz taleyimizi özümüz həll etmək imkanı qazanmışıq. Ancaq bu imkanları əldə saxlamaq, müstəqilliyi daimi etmək qarşımızda duran əsas vəzifələrdir. Bir dövlət başçısı kimi mən bu vəzifələri özümün ümdə vəzifələrim hesab edirəm. Ümid edirəm ki, hər bir vətənpərvər azərbaycanlı, bu yurdun vətəni sevən hər bir sakini bunları özünün şəxsi vəzifələri hesab edəcəkdir. Bu ümidlərlə sizə həyatınızın bütün sahələrində uğurlar diləyirəm”…- Ancaq bəzən Vətən və dövlət anlayışlarını ayırmaq cəhdlərini də görürük…- Belə cəhdlər var. Ancaq gerçəklikdə isə bu anlayışların bir-birindən təcrid edilməsi mümkün deyil, yaxud da, söz oyunudur. Üstəlik də, əgər əməllərdə təzahür edirsə - onun adı Vətənə xəyanətdir. Ümumən qəbul edilmiş elmi qənaətə görə, vətəndaşlıq - insan və dövlətin qarşılıqlı öhdəliklərində ifadə olunan davamlı siyasi-hüquqi münasibətləri, bağlılığı deməkdir. Vətəndaşlıq bu cür imkanları olmayan digər insanlarla müqayisədə müəyyən hüquqlara və vəzifələrə malik olmaq deməkdir. Buna görədir ki, hüquqi statusuna görə vətəndaş bu ölkənin ərazisində yaşayan digər ölkə vətəndaşlarından və ya vətəndaşlığı olmayan şəxslərdən fərqlənir.Vətəndaş-dövlət münasibətlərinin tarixi qədimdir. Maraqlıdır ki, müasir sivilizasiyanın yarandığı qədim Romada əhalinin yalnız 10 faizi vətəndaşlar hesab edilirdi. Afina demokratiyasında vətəndaşlığa qəbul etmək təntənəli mərasimlə müşayiət olunduğu kimi, “şəhər-dövlət” (polis) əleyhinə törədilən əməllərə görə də vətəndaşlıqdan ömürlük məhrum da edilirdilər. Bu baxımdan, dövlət-vətəndaş münasibətlərində də tarixən fədakarlıq və qəhrəmanlıqla yanaşı, eyni zamanda qarşılıqlı irad və tənqidlər də olub və olacaq. Ən başlıcası odur ki, vətənin qüdrətli dövlət olması naminə edilən təşəbbüslər qarşılıqlı olaraq onun möhkəmlənməsinə xidmət edib…- Rəbiyyət xanım, dünyada elə dəyərlər var ki, onları seçmirlər...- Razıyam, bu dəyərlərin sayı çox az olduğu üçün onları sadalamaq da olar. Məsələn, bu, doğulduğun Vətən, vətəndaşı olduğun dövlət, mənsub olduğun millət, mənəvi prinsiplərindir! Yəni, onları seçim etmək mümkün deyil. İnsanları vətən amili birləşdirir. Başqa çox şeylərin ayırdığı cəmiyyəti də dövlət kimi özünü təsdiq edən vətən sarsılmaz edir. Lakin təbii ki, bu həmin mənəvi birlik formasının-dövlətin dəyərini anlayanlar üçündür. Postmodern qloballaşan cəmiyyətdə bəzən vətən, vətənpərvərlik anlayışlarının dəbdən düşmüş mövzu hesab edənlər də var. Xüsusilə də bu insanlat kateqoriyasına mənsub olanların isnad etdiyi, daha doğrusu təzim etdikləri Qərb məkanında. Qərbə təzim edənlər üçün burada vətən və dövlət anlamlarına verilən dəyərə də bələd olmaq pis olmazdı. Həmin dövlətlərin vətəndaşı öz vətəninə xidməti hər şeydən öndə qoyur.Lakin qeyd etdiyimiz kimi, seçimi mümkün olmayan dövlətçilik dəyərlərini seçmək istəyənlər mövcuddur. Belə yaşayanlar üçün bəlkə də ən böyük cəza elə onların "vətənsiz və bayraqsız", dövlətini və kimliyini bilmədən yaşamalarıdır. Belələri vətəndaşları olduqları dövlət haqqında yalnız uydurma və mənfi informasiyanın toplanmasını, milli mənəviyyata və qanuna zidd olaraq tirajlanmasını özlərinə "missiya" seçirlər.
Onlar özlərinin xəyal etdiyi kimi, nə demokratik düşüncə, nə də peşəkarlığına görə deyil, yalnız Azərbaycan əleyhinə olduqları üçün maliyyə mənbələrini tapırlar. Demokratiya barədə anlayışları isə belədir ki, hansı ölkədə "dövlətçilik dəyərlərinin inkarı" yoxdursa, deməli orada demokratiya, azadlıq yoxdur, yəni bu qədər bəsit düşünənlər var.Onlar Azərbaycanın suveren, beynəlxalq münasibətlərin bərabər hüquqlu subyekti, regionda bütün sahələrdə lider ölkə kimi özünün tanıdan müstəqil dövlət olduğunu dərk etmək səviyyəsində deyillər. “Dünyanın paytaxtı” kimi etalon hesab etdikləri xarici dairələrin buyruqlarını yerinə yetirmək üçün bu “əyalət düşüncəsinin” sahibləri dəridən-qabıqdan çıxırlar. Müstəqil dövlətinə deyil, təzim etdikləri, maliyyə bossları ilə təmasda olmaqla “demokratik” hesab edənlərin əslində “əyalət düşüncəsi” ilə yaşadıqlarına yalnız acımaq qalır. Xarici dəstəkçilər öz işini görür, öz dövlətinə xidmət edir. Başqa məsələdir ki, ona öz dövlətinə xidmət etməsi üçün “xidmətçilər”, onun ölkəsini dünyanın paytaxtı, özlərini isə asılı hiss edən isə əyalət təfəkkürlü buyuruq qulları lazımdır. Bu məqsədlə istifadə etdiyi Azərbaycandakı, yalnız ad və soyadlarından azərbaycanlı olduqları, mənəviyyatca xəyanətə, erməniliyə xidmət edənlər tapmaq çətin deyil...- Məsələ burasındadaır ki, görünür, kimin üçünsə Vətən, dövlət, vətəndaşlıq anlayışları ayrılmaz vəhdət təşkil edir, kimin üçün isə bunlar başqa-başqa şeylərdir...- Təəssüflər olsun... Reallıqda aramızda bu illərdə özünü vətəndaş adlandıran, eyni zamanda, dövlətçiliyə qarşı çıxmağı peşə seçən adamlar da var. Ən dözülməz vəziyyət onda yaranır ki, onlar vətən, dövlət haqda gəlişi gözəl sözlər söyləyir, onun adından sui-istifadə edərək vətənə xəyanət sayılan addımlar atırlar.Digər paradoks ondan ibarətdir ki, öz partiyalarının, hərəkatlarının adında “vətəndaş” sözündən gen-bol istifadə etməyə üstünlük verirlər - bu yaxınlarda dövlətçilik əleyhinə əməllərdə ittiham edilən “Nida” Vətəndaş Hərəkatı kimi. Lakin bu sözün mahiyyətini dərk edirlərmi?Gecə-gündüz dövlətin onlar üçün etməli olduqlarına dair iddialar səsləndirən bu adamlar bir dəfə də olsun özlərinə sual vermirlər: onlar vətən üçün nə isə ediblərmi?Belə insanların sayı xoşbəxtlikdən az olsa da bu cəmiyyəti və ziyalıları düşündürməlidir. Çünki məhz bu kateqoriyadan olanlar Azərbaycan xarici və daxildə dövlətinin güclənməsini istəməyən, onun əleyhinə çalışanların başlıca hədəfini təşkil edirlər. Həmin qüvvələr onlarla həm ideoloji, həm də praktiki olaraq ciddi şəkildə işləyirlər. Bilərəkdən və bilməyərəkdən, dövlət və xalq, vətən və vətəndaşlıq anlayışlarını süni şəkildə bir-birindən ayıraraq düşmənçilik mövqeyində dururlar.
Hələ sadalanan anlayışların mahiyyətini və mənasını tam dərk etməyən neçə-neçə gəncləri yanlış yola salaraq, onların arxasında gizlənmək - bundan böyük rəzalət ola bilməz! Bəlkə də o gənclər öz həyatlarında böyük işlər görə bilərdilər. Lakin nə təhsil, nə karyera imkanlarını sınamağa fürsət verməyərək cinayətkarlığa, xəyanətə sövq edirlər. Ən dəhşətlisi odur ki, taleyindən xətt çəkilən bu insanların düşdüyü vəziyyətə görə heç bir məsuliyyət daşımırlar.Bu gün müstəqil dövlətimizin ərazi bütövlüyü pozulub, vətənimizim bir parçası işğal edilib. Pafosdan çox uzaq olaraq demək istərdik ki, vətən təəssübkeşi olan, onun ağrısını hiss edən hər bir azərbaycanlı üçün bu ümummilli problem hər şeydən öndədir. Müharibə şəraitində yaşayırıq. Xain düşmən gülləsinə tuş gələn, atəşkəsin pozulması nəticəsində həlak olan əsgərlərimiz də, Milli Qəhrəman zirvəsinə yüksələn Mübariz kimi oğullarımız da var. - Necə hesab edirsiniz, hüquqi baxımdan şəxsiyyət vəsiqəsinin olması-avtomatik olaraq vətəndaş olmaq deməkdir, yoxsa?.. - Bu gün demokratik dövlətdə yaşayırıq və şəxsiyyət vəsiqəsi alan hər kəs ən azında de-yure olaraq Azərbaycan vətəndaşı hesab olunur. Bununla yanaşı, vətəndaş olmaq missiyasının dərk edilməsi barədə düşünülmür. Yəqin xatırlatmağa dəyər ki, adətən dövləti qarşısında böyük xidmətləri olan insanlar haqda danışanda ən yüksək xüsusiyyət kimi “vətəndaş” sözünü işlədirik. Məsələn, xalqına xidmət edən görkəmli insanardan söz açanda “ziyalı, həm də vətəndaş, alim-vətəndaş, siyasi xadim-vətəndaş” deyimlərinə rast gəlirik. Bu, hər birimizi düşündürməlidir. Yəni alim, ziyalı, tədqiqiatçı, siyasətçi olmaqla yanaşı, ilk əvvəl dövlətinin təəssübünü çəkən vətəndaş olmaq hər kəsə nəsib olan xöşbəxtlik deyil.Vətəndaşlıq - yalnız şəxsiyyət vəsiqəsində müvafiq qeydiyyat demək deyil. Bu, bütöv bir anlayışdır və sözün kökündəki vətən kimi mənəvi anlayışla bağlıdır. Torpağını, tarixini, mədəniyyətini, dilini, dinini, mənəvi dəyərlərini və ənənlərini sevmədən vətəndaş sayıla bilməz. Vətəndaş-mənəviyyat kateqoriyasıdır və onu yalnız hüquqi başa düşənlər mənəvi haqqını itirmiş olur. Azərbaycan Respublikasının Konstitusiyasına görə: “Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi. I. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır”. Reallıqda gördüyümüz cəhdlər bunun əksini deməyə imkan verir.Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanuna görə isə “Maddə1 Vətəndaşlıq hüququ. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır”.Təbii ki, vətəndaşlıq haqda qanun demokratik cəmiyyətdə bütün məqamları təfərrüatı ilə əhatə etmək imkanında deyil.Vətəndaşlıq yalnız milliyyət də demək deyil. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən və Şəhidlər xiyabanında uyuyan qardaş xalqların neçə neçə nümayəndələri ən şərəfli vətəndaşlarımızdır. Vətəndaş olmaq tarixi, kollektiv yaddaşa malik olmaq deməkdir. İki ildir ki, Azərbaycanda xarici qüvvələrin dəstəyi ilə dövlətçilik əleyhinə “mövsümi” inqilablar gətirmək cəhdləri müşahidə edilir. Bundan əvvəl narıncı inqilab səyləri də olmuşdu.Tale elə gətirib ki, Azərbaycan xalqının yaddaşında tariximizin hər ayı, hər mövsümü həm qürur dolu, həm də faciəli hadisələrlə həkk olunub. Bu, başqa xalqlarda da belədir. Bu baxımdan elə aylar, tarixlər var ki, onların mənasını dərk etməmək artıq vətəndaşlıq anlamı ilə ziddiyyət təşkil edir. Son iki ildə mövsümün və mart ayının Azərbaycanda parçalanma yaratmaq üçün seçilməsi vətəndaş olmayanların yaddaşsızların düşüncə kasadlığının göstəricisidir. “Milli qələbələr kimi, milli faciələr də xalqın birləşməsində əvəzsiz rol oynayır" deyimi var.
Təbii ki, “xarici rəhbərlər” bilməyə bilər. Lakin az-çox yaddaşı olan və özünü vətəndaş hesab edənlər mart ayı deyəndə xalqımızın ağır tarixini yada salmalıdır. Mart deyəndə XX əsrin əvvəlinin martı yada düşür. 95 il əvvəl - 1918-ci ilin mart-aprel aylarında 1918-ci il martın 30-31-də Bakı Kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırıma imza atmışlar.Həmin əsrin sonunda Azərbaycan xalqı daha bir mart hadisələrinə-1994-cü ildə yox dedi. Bu, o deməkdir ki, Azərbaycan xalqının son əsrlərin təqvimində mart hadisələrinə cavabı birdəfəlik verilib. Mart - milli birlik, xalqın dövlətçiliyini qoruduğu, xarci və daxili düşmənlərə “yox” dediyi aydır. Nəinki mart, müstəqilik tarixində təqvimin hər bir ayı Azərbaycanın düşmənlərinə qarşı bu cür milli müqavimətin nümunələri ilə yaddaşlara həkk edilib. Birdəfəlik dərk etmək lazımdır: bir ildə üç prezidetin dəyişdiyi, yenicə ayaq tutub yeridiyi illərdə Azərbaycan sasılmadısa, daha heç zaman sarsılmayacaq. Regionun və dünyada inkişafın lideri olan güclü dövləti sarsıtmaq ağılsızların xəyalıdır.2011-ci il martında erməni snayperləri məktəbli Farizi güllələmişdilər və erməni xislətlilərin şəbəkələrdə “qəzəb gününə” başları elə qarışmışdı ki, adi başsağlığı belə vermək yadlarına düşməmişdi. Keçmiş və müasir tariximizin yaddaşna bu münasibət belə adamları xalqımızdan daha da uzaqlaşdırır, iqtidarın ətrafında daha sıx birləşdirir. Digər tərəfdən, tarixi yaddaşa bu münasibət və baş verən hadisələr kimin kim olduğuna bir ayna tutur. Bu aynada Azərbaycan gəncləri, onun siyasi şüuru, mədəniyyəti, dövlətçilik hissləri, milli kimliyi bir damla suda olduğu kimi əksini tapdı. Onun hansı idealları seçməsi, kimi özünə lider hesab etməsi bir daha aşkarlandı. Bu göstərdi ki, dövlətçilik hissi olan gənclər müqayisə edilməz çoxluq təşkil edir. 20 ildən çox davam edən Dağlıq Qarabağ münaqişəsi ümimmilli problem kimi dövlətçilik hisslərinin formalaşmasını şərtləndirib. Gənclər bilir ki, bu ölkə də, onun gələcəyi də onlarıındır.XX əsrin əvvəllərində xaricdə təhsil alan ziyalı maarifçilərimiz millətin, milli kimliyin, milli ideologiyanın canı-ürəyi oldular. Bu gün də yaşayan millli dövlətçilik simvollarının və atributlarının yaradıcıları oldular. Onlar tarixə belə düşdülər. İndi XXI əsrin əvvəllərində tarixə düşmək istəyənlər Azərbaycanda gənc nəslin kimdən örnək aldığını hələ bilmir. Son iki ildə ciddi-cəhdlə toplanmasına çalışılan etiraz enerjisinin çəkisi heç kilobaytla belə öçülmədi. Gəncləri “şəbəkə toruna” salmaq cəhdləri də uğursuzluğa düçar oldu. Şəbəkə toru ilə balıq torunu bənzətsək “bulanıq su” yada düşür. Sabitliyin pozulması ilə “suyu bulandırmağa” cəhd edilir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bölgələrə səfəri zamanı bu mövzuya toxunaraq qeyd etmişdir: “Sosial şəbəkələr nisbətən yeni bir anlayışdır, dünyada geniş şəkildə yayılır. Mən çox istərdim ki, ilk növbədə bu şəbəkələrdən informasiya, bilik əldə edilməsi üçün istifadə olunsun. Eyni zamanda çox istərdim və xüsusilə mənim gənclərə müraciətim ondan ibarətdir ki, ölkəmiz haqqında dolğun məlumatı bax bu sosial şəbəkələr vasitəsilə dünyaya çatdırsınlar. Çünki bəzi hallarda Azərbaycan haqqında qəsdən formalaşdırılan rəy reallıqla tamamilə ziddiyyət təşkil edir”.Son hadisələrin baş verməsi onun təşəbbüskarlarının milli heysiyyət anlamına, dövlətçilik duyğysuna, insanların faciəsinə, vətəndaşlıq prinsiplərinə nə dərəcədə sadiq olduqlarına bir daha nəzər salmağa imkan verdi. Cəmiyyət bir daha əmin oldu ki, mənəviyyatın və əxlaqın fövqündə olan əməllərlə faciədən şou düzəldənlər insanlıq duyğusundan məhrumdur. Dövlətimizlə, onun dayağı olan milli ordumuzla bağlı faciələrdən siyasi məqsədlərə xidmət edən “şok soular düzəltməklə”, məqsədyönlü şəkildə mənfi ictimai rəy formalaşdırmaqla hara qədər gəlmək olarsa artıq gəliblər. Halbuki, Azərbaycan cəmiyyəti üçün, xüsusilə də müharibə şəraitində yaşayan bir dövlət kimi pozitiv ictimai rəyin formalaşması taleyüklü məsələdir.19-cu əsrdə yaşamış ictimai-siyasi xadim Stiven Dekaturun müəllifi olduğu və sonradan Amerika siyasi ənənəsinin səciyyəvi prinsipinə çevrilən deyim var. “Mənim ölkəm başqaları ilə münasibətlərdə haqlı olmaya bilər. Lakin haqlı olsa da, olmasa da bu mənim vətənimdir” (Maccenzie. Life of Decatur). Daha sonra bu ifadə öz dövlətinin siyasətinin başqa ölkələrin xoşuna gəlib gəlməməsindən asılı olamayararq, vətənə, onun maraqlarına xidmətin meyarına çevrilir. Uinston Çörçil də bu sözü nitqində işlətdiyi üçün əsasən ona aid edilir.Qeyd edilən cəhdlərdə dövlətçilik əleyhinə çağırış cəhdlərində nə qədər qanun pozuntusunun olması geniş təhlil obyekti olmalıdır. Bir sıra dövlətlərdə bu qəbildən olanlar xarici bossların təzyiq agentləri kimi adlandırılır, müvafiq qanunla fəaliyyətləri tənzim edilir. Azərbaycanda xalqın nəzərində çoxdan arzuolunmaz kimi tanınanlara da bu praktikanın tətbiq edilməsinin, hər kəsin öz adı ilə çağrılmasının vaxtıdır. Bütün bunlar göstərir ki, dövlət, vətən və onun dayağı olan milli orduya dair şüarlarla mövqe tutmaq, ədalətdən yazmaq pozası “saxta pozadır”. Mənəviyyatsızlığı ört-basdır etmək üçün maskadır. Azərbaycanın müstəqilliyini oyuncaq forpostlara çevirmək istəyənlər, mənəviyyatı və düşüncəsi asılı olanlar necə azad ola bilərlər? Çünki bu anlayışlar yalnız yazmaq üçün deyil, əməl etmək üçündür. Azərbaycanın ədalət işinə xidmət etmək üçündür.Biz dövlətçilik anlamı olmayan, “formal vətəndaşların” azadlıq, demokratiya anlamını müstəqillik dövründə xalqımızın yaddaşına həkk olan birlik və qürur günlərində görürük. “Nə Xocalı faciəsinin 20 illiyinin dünya miqyasında möhtəşəm keçirildiyi ötən ildə, dövlət başçısı İlham Əliyevin yüz minlərlə izdihamın önündə getdiyi Xocalı ilə bağlı ümumxalq yürüşündə də sıralarımızda deyildilər. 9 yaşlı Azərbaycan vətəndaşıyam demək haqqını qazanmaq lazımdır. Bunun üçün bir sırada olmaq lazımdır. Əks təqdirdə özlərinin azərbaycan vətəndaşı adlandırmaq haqqını itirirlər. Kimliyi bilinməyənlərin rəyinin isə heç bir əhəmiyyəti yoxdur. Onların ən böyük cəzaları da elə budur. İcimai rəy, cəmiyyətimiz mənəviyyatsız kəslərin ifşasına həssas olmalıdır. XXI yüzillkidə müstəqilliyin qorunması xüsusulə şərəfli və daha mürəkkəb işdir. Azərbaycanın gələcək qüdrətinə aparan yol bu birlikdən keçir. Azərbaycana təzyiq etməklə onu müstəqil yolundan çəkindirmək istəyənlərin yadına, Böyük depressiya illərində Franklin Ruzveltin bu deyimini salırıq: “Bizim qorxuğumuz yeganə şey qorxu hissi ola bilər”. - O da var ki, vətənpərvərlik deyəndə, ilk növbədə gənclər göz önünə gəlir...- Haradan qaynaqlandığından asılı olmayaraq, dövlətçiliyimizə edilən hücumlara layiqli cavab vermək üçün ictimai rəyi səfərbər etmək çox vacibdir. Tariximizin ən ağır sınaqlarından siyasi liderimizin ətrafında sıx birləşməklə çıxdığımızı, milli birliyi hər şeydən üstün tutan xalq olduğumuzu dünyaya və bu birliyə qəsd etmək fikrində olanlara yalnız bu yolla bəyan edə bilərik. Burada vətənpərvərliyin tərbiyəsi çox vacib məsələdir.Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev AzərTAc-a verdiyi “İlham Əliyev yeni əsrin yeni lideridir” adlı müsahibəsində qeyd edir: “Baş verən proseslər onu deməyə əsas verir ki, ölkənin tam əksəriyyət təşkil edən sağlam gəncliyi indiyə qədər olduğu kimi, bundan sonra da dövlət başçısının yürütdüyü siyasəti dəstəkləyəcək, heç vaxt dağıdıcı qrupların siyasi avantürasının iştirakçısına çevrilməyəcəkdir. Bu gün sağlam gənclik müxtəlif antimilli qrupların təsiri altına düşmüş həmyaşıdları ilə təmas qurmalı, onları səhv yoldan çəkindirməlidir. Bunun üçün onlar müxtəlif tədbirlərdə, auditoriyalarda, kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə disput və müzakirələrdə daha fəal iştirak etməli, öz mövqelərini ortaya qoymalıdırlar. Universitetlərdə tələbə gənclər təşkilatları bu istiqamətdə səylərini artırmalıdırlar”.Biz əcdadlarımızın böyük əməlləri ilə yalnız fəxr etməklə kifayətlənməməliyik, həm də bu keyfiyyətləri itirməmək, həyatda onların bizə yol yoldaşı olması üçün əməli fəaliyyət göstərməliyik. Bunu xüsusilə yaşlı nəsli əvəz edəcək gənclər yadda saxlamalıdırlar. Şübhə yoxdur ki, öz tarixi keçmişi kimi möhkəm bünövrəyə arxalanmayan xalqın gələcəyi ola bilməz. Xalqın keçmiş tarixinin məşhur obrazları, bu tarixdəki böyük şəxsiyyətlərin həyat örnəyi burada həlledici rola malikdir.Azərbaycanın müharibə vəziyyətində olması vətəndaşlarımızın, xüsusilə gənc nəslin milli vətənpərvərlik ruhunun yüksəldilməsi kimi vacib məsələyə daha məsuliyyətlə yanaşma tələb edir. Vətənpərvərlik vətənə sevgi, doğma yurdun inkişafı, çiçəklənməsi, vətənlə bağlı əsrlərlə formalaşmış idealların qorunması və təbliği və s. məsələləri əhatə edən geniş mövzudur. Kütləvi İnformasiya Vasitələrinin bu mövzu ilə bağlı konsepsiyasının hazırlanmasına böyük ehtiyac var. Vətənpərvərliyin tərbiyəsində ailə, məktəb, KİV-lər böyük rol oynayır. Hər kəsin Hollivudun bu sahədə fəaliyyəti haqda məlumatı var. Əlbəttə ki, vətənpərvərliyin tərbiyəsi və təbliği həm də investisiya tələb edir. Biz vətəndaş olmağı, vətənpərvərliyi kütləvi mədəniyyət dilində təbliğ edə bilirikmi? Vətənpərvərlikdən danışanda C.Kennedidən məşhur sitati gətirirlər: “Vətən mənim üçün nə etdiyini soruşma, sənin vətən üçün nə etdiyini soruş”. Amerika vətəndaşları öz evlərindən dövlət bayraqlarını asırlar. Müstəqillik bayramı (Independence Day) ərəfəsində kütləvi mədəniyyəti formatının təbliği cizgi filmləri ilə başlayır. Uşaqların milli ruhda tərbiyəsində maarifləndirici verilişlər, cizgi filmləri xüsusi əhəmiyyətə malikdir. Amerikada demək olar ki, bütün-milli və ya dini bayramlar haqda uşaqlar üçün cizgi filmləri çəkilib və məhz körpəlikdən, ana südü ilə, kütləvi mədəniyyət formasında vətəndaşlara aşılanır.Milli və dövlət bayramlarının vətənpərvərlik tərbiyəsində çox mühüm rolu var. Amerikada 1776-cı ildə Müstəqillik haqda Bəyannamə qəbul edildi və 94 il sonra, 1870-ci ildə Konqres 4 iyul tarixini Milli Dövlət Bayramı kimi elan etdi. Müstəqillik günündə Bəyannamənin nümayişinə gələnləri həmin dövrün geyimi ilə geyinmiş aktyorlar qarşılayır və onun mətnini ucadan oxuyurlar.Ən böyük hadisə-Müstəqillik paradı Vaşinqtonda günorta keçirilir. Hər kəs evindən Dövlət Bayrağını asır. 11 şəhərin adında “müstəqillik” sözü var. Hər il 3 milyondan çox Çin istehsalı olan Amerika bayrağı idxal edilir. “Vətənpərvər”, “Müstəqillik” adlı qəsəbə və şəhərlər var.Hər ştatın öz ənənəsi var. Məsələn, bayram günü Nebraska ştatında orduda xidmət edən hər yerli sakinin şərəfinə bir bayraq asırlar. Təsadüfi deyil ki, bu ölkənin müstəqillik bayramı artıq bütün dünyada qeyd edilən hadisəyə çevrilir. Öz vətənin və dövlətini sevməyin örnəyi hesab olunan bu ənənə düşündürməlidir. Yaxud Finlandiyada milli bayramlarda məşəllə yürüş edirlər. Müstəqillik uğrunda həlak olanları yad edirlər.Bu cür mərasimlərin ənənyə çevrilməsi ayrı-ayrı siyasi qrupların, həmçinin xarici qüvvələrin gənclərimizin təcrübəsizliyindən sui-istifadə etməyə çalışaraq onlardan öz maraqlarını reallaşdırılmaq və digər dağıdıcı məqsədlər üçün istifadə etmək cəhdlərinin qarşısını alan tədbirlər sırasında olmalıdır. Prezident İlham Əliyevin “Dövlət Bayrağı” meydanının yaradılması haqda qərarı və təşəbbüsü sayəsində vətənpərvərliyin tərbiyəsi üçün daha çox imkanlar yaranıb. "Dövlət Bayrağı" meydanı Azərbaycanın ən görməli məkanına çevrilib.Vətənpərvərlik tərbiyəsinin qanunverici əsaslarının müəyyən edilməsi və həyata keçirilməsi təcrübəsi də mövcuddur. Bu sahədə müxtəlif ölkələrdə tətbiq edilən təcrübədən bəhrələnmək olar. Bir çox dövlətlərdə "Vətəndaşların vətənpərvərlik tərbiyəsi haqqında Konsepsiya" qəbul edilib və dövlətin bu sahədə elmi əsaslandırılmış baxışlarını əks etdirir."Vətənpərvərlik tərbiyəsi üzrə Şuralar" fəaliyyət göstərir. Bu təcrübənin tətbiqi barədə düşünmək lazımdır… - Fikrinizcə, inamımız milli gücümüzə çevrilirmi?- Çevrilir…XX əsrin 30-cu illərində amerika xalqı F.Ruzveltə, 50-ci illərdə alman xalqı Konrad Adenauerə inandı. 90-cı illərdə isə azərbaycan xalqı Ümummilli Lider Hedər Əliyevə, bu gün onun müstəqillik siyasətinin davamçısı- Prezidenti İlham Əliyevə inanır. Dövlət başçısının cəmiyyətimizdə, Azərbaycanın isə dünyada imici, artan şöhrəti hələ onların çox rahatsız edəcək. Çünki bu nüfuz və güc, xalqın etimad və dəstəyi kimi heç nə ilə müqayisə edilməyən kapitala, uğurlarımıza konvertasiya olunur.İngiltərərənin məşhur humanist yazıçısı Uilyam Hezlit insanların şəxsiyyətlərə, liderinə inamını izah etmək üçün yazırdı.“Mən baş verən prosesləri tam mənada dərk etmək iqtidarında deyiləm, lakin mən öz liderimə inanıram. İnamımız nə qədərdirsə, gücümüz də də o qədərdir.Azərbaycan tarix boyu öz müstəqillik məqamını gözləyib, Ümummilli Lider Heydər Əliyevin sayəsində ona yetişib, artıq heç bir qüvvə ona maneə ola bilməz. Azərbaycan nə etməlidir və ya etməməlidir-bunu xalq həll edir. Azərbaycanda narıncı rəngi dəbə gətirmək istəyənlər gördü ki, bizim xalqımızın öz rəng zövqü var.Azərbaycan da ərəb baharı qışı və daha nəyi gözləyənlər gördü ki, yurdumuzun öz baharı, öz qışı, öz fəsilləri var. Bunu birdəfəlik dərk etmək lazımdır.Xalqımız on il əvvəlkindən daha yaxşı dövlətdə yaşayır, deməli 10 il sonra bundan qat-qat yaxşı ölkədə yaşayacaq. Bu günün gənc vətəndaşlarının tarixi şansı- məhz həmin qüdrətli Azərbaycan dövlətini yaratmaq və qürurla sonrakı nəslə çatdırmaq missiyası var.Gün.Az