Rəbiyyət Aslanova: 'Dönüklük, ikiüzlülük, satqınlıq qədər acı və gərəksiz bir keyfiyyət yoxdur' - Müsahibə

SİYASƏT
12:15 09.05.2013
2399
AZXEBER.COM Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovanın “Yeni Müsavat” qəzetinə müsahibəsini təqdim edir:

- Rəbiyyət xanım, Milli Məclisdə Heydər Əliyevə qarşı çıxan insanlar, onların parlament və Prezident Aparatında oturub bu günə qədər hakimiyyətdən bəhrələnməsi haqda deyilənlərə münasibətiniz necədir?- Əvvəla, parlamentdə çox səmimi çıxışlar oldu. Çünki hər kəsin ulu öndər qarşısında bir vəfa borcu, onun xatirəsi qarşısında sədaqətini sübut etmək istəyi var.Onun fəaliyyəti haqda insanı kövrəldəcək səmimi sözlər deyildi. Hansımız danışsaydıq, elə o cür danışacaqdıq. Çünki bu, o insana ehtiramımızın sonsuzluğu deməkdir. Deyilən sözlərə gəldikdə isə onlar Amnistiya Aktının müzakirəsi zamanı deyildi.Dünyada ən gözəl şey sədaqətdir. Hələ ulu öndər Moskvaya gedərkən elə insanlar var idi ki, doğrudan da ona qarşı, onun əleyhinə yazılar yazırdı. Bu, həqiqətdir, bunu danmaq olmaz. Ulu öndərin böyüklüyü onda idi ki, o insanları bağışladı. Bağışlamaq qədər böyük keyfiyyət, ali hiss yoxdur.Məgər bilmirik ki, ulu öndər işdən uzaqlaşdırılan vaxt onun əleyhinə sözlər deyən, ona münasibəti dəyişmiş adamlar var idi? Onu da hamı bilir ki, sonradan o insanları bağışlamaq qədər yüksək bir addımı ulu öndər atdı.İndi o insanlar harada oturub, harada işləyir, hansı vəzifəni tutur, mən onu deyə bilmərəm. Amma dəfələrlə bunu görmüşük ki, ulu öndər Milli Məclisdə çıxış edən zaman ayaqlarını yerə vuran, onun sözünü kəsmək istəyən insanlar var idi.Sonradan o insanlar öz mövqelərini dəyişdilər, ulu öndərdən üzr istəmək imkanları oldu-olmadı, bilmirəm, bu, artıq onların vicdan işidir. Amma o insanlar başa düşdülər ki, atdıqları addımlar nə qədər səhv addımlar idi. Bəlkə də başa düşmədilər.Ancaq mən bir şeyi bilirəm ki, dönüklük, ikiüzlülük, satqınlıq qədər acı və gərəksiz bir keyfiyyət yoxdur.- Zeynəb Xanlarova Prezident Administrasiyasında oturub Heydər Əliyevə qarşı çıxanlardan danışarkən, sizcə, kimləri nəzərdə tuturdu?- İstərdim ki, siz onu Zeynəb xanımın özündən soruşasınız.- Soruşsaq da detalları açıqlamadı.- Mən o dövrdə siyasətdə deyildim, həmin hadisələrin içində olmamışam. Amma mənim gördüyüm və bu günə qədər yadımdan çıxarmadığım bir şey ulu öndər çıxış edən zaman Milli Məclisdə ona qarşı çıxan, onun səsini kəsmək istəyən insanların hərəkətləridir.Çox sonralar onlar nə qədər yanlış addım atdıqlarını yəqin özləri də anladılar. Bu qalsın onların vicdanında. Amma ulu öndəri əhatə edən insanların əksəriyyəti çox sadiq, sədaqətli insanlardır.Bu gün də qəti əminəm ki, Prezident Administrasiyasında oturan insanlar da ona sədaqətli insanlardır. Ulu öndər insanları gözəl tanıyırdı. İnanmıram ki, o, sədaqətsiz insanları ora buraxardı.- Seçki ilində kimlərinsə vurulmasını deməyə əsas varmı?- Yox, mən belə nəticə çıxarmaq istəməzdim. Xalq bu gün PA-da olan insanların necə insan olduqlarını çox gözəl bilir. Onlar cani-dildən doğrudan da dövlət üçün, dövlətçiliyimiz üçün sədaqətlə çalışan insanlardır.Sədaqətsiz insanın cənab prezidentin yanında nə işi? Bu gün dövlət başçımız da insan sərrafıdır. Dövlətçiliyə sədaqəti olmayan insanı orada saxlamaz.- Sirus Təbrizli Heydər Əliyevə dönük çıxanların Milli Məclisdə olduğunu bildirib, adlar çəkib...- Yenə təkrar edirəm, dediyi sözə görə sualı həmin şəxsin özünə ünvanlamaq lazımdır. Mən o dövrdə bu hadisələrin içində olmamışam.Kimin sədaqətli-sədaqətsiz olduğu haqda iddia irəli sürə bilmərəm. Bəli, Sirus müəllim həmin dövrlərdə proseslərin içində idi və çox məlumatlı bir insandır. Ondan soruşun.- Heydər Əliyevin 90 illik yubileyində “91-lər”in üzvü olan Sirus Təbrizlinin iştirak etməməsini necə qəbul edirsiniz? Yaxud günün birində o, hakim partiyada öz yerini ala bilərmi?- Sirus Təbrizli o dövrdə çox aktiv fəaliyyəti olan bir insan olub. Elə bir addım atmayıb ki, onu bağışlamağa ehtiyac olsun.- Hər halda, 2007-ci ildə etdiyi çıxışa görə yaratdığı partiyadan çıxarıldı, özü bu qərara etiraz etdi...- O, artıq partiyadaxili məsələdir və bu məsələni Sirus Təbrizli özü və partiya silahdaşları həll edə bilərlər. Elə məsələ var ki, mənim ona münasibət bildirməyim düzgün deyil.- Ancaq siz ən azı Milli Məclisdə İnsan hüquqları komitəsinin sədrisiniz...- Burda insan haqlarının pozulmasından söhbət getmir. O, çox yüksək mənəvi məsələdir. Bu gün birinin digərinin hüquqlarını pozması əgər yüksək mənəviyyat səviyyəsində baş verirsə, burada insan hüquqları komitəsi çox acizdir.Bir məsələni də demək istərdim. Bilirəm ki, sədaqət adlı ən yüksək dəyəri öz varlığında daşıyan insanlar həmişə cəmiyyətin hörmətinə layiq olan insanlar olub.Yazıq o insanlara ki, öz mövqeyini, münasibətini nəyə görəsə tez-tez dəyişir. Bu, onların simasızlığına dəlalət edir. Əminəm ki, mənsub olduğum partiya üzvləri öz dövlətinə, dövlətçiliyinə və ulu öndərin xatirəsinə sədaqətli insanlardır.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir