Rəbiyyət Aslanova: "Orderim yoxdursa, həmin evdə qalmağım hansı haqla mümkün olardı?"

Rəbiyyət Aslanova: "Orderim yoxdursa, həmin evdə qalmağım hansı haqla mümkün olardı?"
SOSİAL
11:23 31.08.2024
417
Sabiq deputat Rəbiyyət Aslanova Balakən rayonundakı "Alazançay" MMC-yə məxsus 12 mərtəbəli binada sahib olduğu qalmaqallı 4 ortaqlı mənzillə bağlı yayılan iddialara cavab verib.

AZXEBER.COM xəbər verir ki, R.Aslanova Pravda.az-a açıqlamasında bildirib ki, məsələ ilə əlaqədar hazırda məhkəmə prosesi davam edir: "Heç vaxt qeyri-qanuni nəsə etmərəm və bu, mümkün deyil. İşi məhkəməyə vermişəmsə, deməli, nəyəsə əsaslanmışam. Məhkəmənin son qərarı nə olacaqsa, bundan sonra danışacağıq. Kimin haqlı, kimin haqsız olduğu ortaya çıxacaq. Hər zaman Azərbaycan məhkəmələrinə, hakimlərinə inanmaq lazımdır. Məhkəmə prosesi yekunlaşmamış hansısa subyektiv fikri ortaya qoymaq olmaz. Nə mən, nə də əks tərəf..."

R.Aslanova sözügedən mənzilin Balakən rayon icra hakimiyyətinin sabiq başçısı Asif Məmmədovun xahişindən sonra "Alazançay" MMC tərəfindən ona müvəqqəti verilməsi barədə iddialara isə belə cavab verib: "Heç elə şey ola bilərmi? Mənim orderim də, sənədlərim də var. Evi 2008-ci ildə almışam, indi isə 2024-cü ildir. Bütün bu vaxt ərzində mən orada necə qeyri-qanuni qala bilərdim? Orderim yoxdursa, həmin evdə qalmağım hansı haqla mümkün olardı? Qeyri-qanuni qalan adam idimsə, elə birinci qərarla məhkəmə məni o evdən çıxarardı. 16 il vaxt keçib. 16 il hardasa qeyri-qanuni qalmaq mümkündür? Mənim orada evim var. Məhkəmə bitdikdən sonra görərsiniz ki, şər-böhtan xarakterli yazılarla Rəbiyyət Aslanovanın adına, nüfuzuna xələl gətirmək olmaz. Mən qanunları çox gözəl bilən adamam. Bütün addımlarımı da qanunla atıram".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp İrana hücum barədə müttəfiqləri əvvəlcədən xəbərdar etməməsinin səbəbini açıqladı
22:30 19.03.2026
Tramp İrana hücum barədə müttəfiqləri əvvəlcədən xəbərdar etməməsinin səbəbini açıqladı
Tbilisi prospektində hərəkətin təşkilində dəyişiklik edilib - VİDEO
22:16 19.03.2026
Tbilisi prospektində hərəkətin təşkilində dəyişiklik edilib - VİDEO
ABŞ-nin Azərbaycandakı səfirliyi beş gün bağlı olacaq
22:08 19.03.2026
ABŞ-nin Azərbaycandakı səfirliyi beş gün bağlı olacaq
“Sabah” doğma meydanda qələbə qazandı
21:59 19.03.2026
“Sabah” doğma meydanda qələbə qazandı
İki ölkə Ukraynaya ayrılan 90 milyard avroluq hərbi yardımı blokladı
21:53 19.03.2026
İki ölkə Ukraynaya ayrılan 90 milyard avroluq hərbi yardımı blokladı
KİV: İran İsraildəki elektrik stansiyasına və neft emalı zavoduna zərbələr endirib
21:48 19.03.2026
KİV: İran İsraildəki elektrik stansiyasına və neft emalı zavoduna zərbələr endirib
Azərbaycanın İtaliyadakı səfirliyinin konsulluq bölməsi 11 gün işləməyəcək
21:41 19.03.2026
Azərbaycanın İtaliyadakı səfirliyinin konsulluq bölməsi 11 gün işləməyəcək
Axtarışda olan şəxs Ukraynadan Azərbaycana gətiriləcək
21:33 19.03.2026
Axtarışda olan şəxs Ukraynadan Azərbaycana gətiriləcək
KİV: İran ABŞ-a məxsus F-35 qırıcısını vurub
21:24 19.03.2026
KİV: İran ABŞ-a məxsus F-35 qırıcısını vurub
Britaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi
21:13 19.03.2026
Britaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi
Gəncədə 34 yaşlı şəxs bıçaqlandı
20:54 19.03.2026
Gəncədə 34 yaşlı şəxs bıçaqlandı
Özbəkistanın rəsmi UZA agentliyi: Daşkənd və Bakı regional iqtisadi əməkdaşlığın yeni modelini qurur
20:46 19.03.2026
Özbəkistanın rəsmi UZA agentliyi: Daşkənd və Bakı regional iqtisadi əməkdaşlığın yeni modelini qurur
Bu xətt üzrə avtobuslar yeniləndi - Kart sisteminə keçdi
20:32 19.03.2026
Bu xətt üzrə avtobuslar yeniləndi - Kart sisteminə keçdi
Nuranın xalq artisti ilə dueti bu səbəbdən baş tutmadı
20:23 19.03.2026
Nuranın xalq artisti ilə dueti bu səbəbdən baş tutmadı
Azərbaycanda bu məmurların, nazirlərin maaşı artırıldı - SİYAHI - RƏQƏMLƏR
20:14 19.03.2026
Azərbaycanda bu məmurların, nazirlərin maaşı artırıldı - SİYAHI - RƏQƏMLƏR
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
20:06 19.03.2026
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib