"Receb İvedik 7" serialı dünya rekordu qırdı: Bu platformaya 1 milyon abunəçi gətirdi

"Receb İvedik 7" serialı dünya rekordu qırdı: Bu platformaya 1 milyon abunəçi gətirdi
DÜNYA
11:39 29.12.2022
319
Aktyor və prodüser Şahan Gökbakar Disney Plus-da Recep İvedik serialının 7-cisini tamaşaçılara təqdim edib.
 
AZXEBER.COM xəbər verir ki, Türkiyə bazarına yeni daxil olan Disney Plus-ın üzünə "Recep İvedik 7” təbəssüm salıb. Film platformaya bir milyondan çox abunəçi gətirib.

Şahan Gökbakarın səbirsizliklə gözlədiyi Recep İvedik 7 filmi bu yaxınlarda Disney Plus-da nümayiş olundu.
 
Digər tərəfdən məşhur komediya aktyorunun Disney Plus üçün çəkəcəyi "Erdal və Ece" serialının hazırlıqları davam edir. Gökbakarın çox sevilən filmi "Celal ile Ceren" üslubunda olan serialda qadın-kişi münasibətləri yumoristik şəkildə müzakirə olunacaq. Rejissoru Togan Gökbakar olan serial yeni ildə çəkiliş meydançasında olacaq. Serialın çəkilişləri davam edir.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR