Redaktor sosial şəbəkədə "söyüş çətəsi"nin hücumuna məruz qaldı - FOTOFAKT

Redaktor sosial şəbəkədə "söyüş çətəsi"nin hücumuna məruz qaldı - FOTOFAKT
MEDIA
15:22 06.06.2018
6074
Tanınmış redaktor sosial şəbəkələrdə xalqı təhqir edən "söyüş çətəsi"nin qurbanına çevrilib. 

"Facebook" sosial şəbəkəsində milləti "тварь" adlandıran, mühacirətdə olan "söyüş çətəsi"nin nümayəndəsi redaktora qarşı təxribat kampaniyasına başlayıb. 

Belə ki, BiG.AZ saytının redaktoru Rövşən Əsədov sözügedən təhqir dolu paylaşımına fikrini bildirdiyi üçün ona qarşı qarayaxma və çirkab kampaniya başladıblar. Onun şəkilləri montaj edilərək kürd olduğu, kürd olduğu üçün fəxr etməsi ilə bağlı saxta informasiyalar, telefon nömrələri müxtəlif irihəcmli qruplarda paylaşılıb. 

Sözügedən paylaşımın həqiqətə uyğun olmadığından xəbərsiz olan sosial şəbəkə istifadəçiləri isə təxribata uyaraq onu təhqirlərə məruz qoyublar. 

 
Bununla bağlı danışan Rövşən Əsədov bunun xarici ölkələrə sığınan, saxta adlarla ölkəmizə qarşı qarayaxma kampaniyası aparan satqınların işi olduğunu bildirib. O, həmçinin qeyd edib ki, sözügedən şəxs və şəxslər onun şəxsi hesabına hücum edərək şəhidləri, şəhid və əsgər analarını da küçə söyüşləri ilə təhqir ediblər: 

"Sosial şəbəkədə qrupların birində millətimizi "тварь" adlandıran bir şəxsin paylaşımına öz fikrimi bildirdim. Görünür fikrim onları sarsıdıb. Bu məqsədlə də mənə qarşı qarayaxma və təhqir kampaniyasına başladılar. Hətta, profilimə hücum təşkil edərək məni, mövcud hakimiyyəti, eləcə də şəhid və əsgər analarını söydülər. Bacardığım qədər həmin təhqirləri silsəm də, digər əlim çatmayan qruplar, səhifələr vasitəsilə barəmdə yalan və yalnış informasiya yayırlar, əlaqə nömrələrim yayılaraq məni məsələdən agah olmayan insanlara təhqir elətdirirlər. Bunun başında duran şəxs isə profil hesabına mühacir azlıqların yaratdığı "Oyan" təşkilatının fotoşəkillərini, eləcə də, Milli Şuranın üzvü Cəmil Həsənlinin fotoşəkillərini paylaşıb. Görünür ki, müxalifət düşərgəsinə, eləcə də xaricdə oturub ölkəmizə qarşı çirkin kampaniya aparan insanlara bağlı bir insandır. 

Onu da qeyd etmək istərdim ki, bu barədə hüquq mühafizə orqanlarına məlumat vermişəm. Həmin şəxsin yaxud şəxslərin tapılaraq qanunla cəzalandırılmasına nail olmağa çalışacam"
 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Salyanda avtomobil aşıb - 3 nəfər xəsarət alıb
10:11 18.10.2026
Salyanda avtomobil aşıb - 3 nəfər xəsarət alıb
Kürdəmirdə qatar yoluna çıxan kişi öldü
10:07 18.10.2026
Kürdəmirdə qatar yoluna çıxan kişi öldü
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
09:50 18.10.2026
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
09:44 18.10.2026
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
09:29 18.10.2026
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
09:16 18.10.2026
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
09:08 18.10.2026
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
09:03 18.10.2026
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
08:00 18.10.2026
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib