‘Redd Bull’u kəşf edən adam öldü - FOTO

DÜNYA
15:03 17.03.2012
2510

Enerji içkisi "Redd Bull"u kəşf edən taylandlı milyarder Çaleo Yuvidhya 89 yaşında dünyasını dəyişib.

AZXEBER.COM-un Şərq mətbuatına istinadən verdiyi xəbərə görə, Tayland dövlət televiziyasının verdiyi xəbərlərdə Çaleonun təbii səbəblərdən öldüyü bildirilib.

Əvvəlcə dərman firması yaradan Çaleo, daha sonra dünya tərəfindən "Redd Bull" olaraq tanınan “Krathing Daeng” enerji içkisini kəşf edib.

Qeyd edək ki, “Forbes” jurnalı Çaleo Yuvidhyanı dünyanın ən zəngin insanları sırasında göstərib.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR