Rəfael İsgəndərov deputata cavab verdi: ‘Məgər Sabunçunun problemləri qurtarıb ki?‘

Rəfael İsgəndərov deputata cavab verdi: ‘Məgər Sabunçunun problemləri qurtarıb ki?‘
Bütün Xəbərlər
12:00 10.12.2012
4552

Aktyor-deputat polemikası

Millət vəkili Fazil Mustafa aktyorlar Rafael İsgəndorovla Coşqun Rəhimovu qadın paltarında reklam roliklərinə çəkilməklə millətin psixologiyasına mənfi təsir göstərməkdə günahlandırıb.

AZXEBER.COM-un məlumatına görə, Rafael İsgəndərov kluis.az-a açıqlamasında bildirib ki, millət vəkilinin rəyi onlar üçün əsas deyil: “O adam deputat kimi təmsil etdiyi rayonun əhalisi  adından danışa bilər, amma bütün millət adından yox. İkincisi, məgər onun seçildiyi Sabunçu rayonunun problemləri qurtarıb ki, Fazil Mustafa iki aktyorun hansı rolda çıxış edib edə bilməməyi ilə bağlı məsələ qaldırır? Üçüncüsü, bizim prodüsser Müşfiqlə onun sosial şəbəkədə mübahisələri olub, indi deputatın belə danışmasının kökündə də həmin mübahisədən yaranan qərəz durur”.

OXŞAR XƏBƏRLƏR