Region gəncləri Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd edib - FOTOLAR

Region gəncləri Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd edib - FOTOLAR
SOSİAL
16:00 08.11.2024
230
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 4 il öncə rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi parlaq zəfər tarixi torpaqlarımızın 30 illik işğaldan azad edilməsi və suverenliyimizin təmin olunmasına yol açıb.
 
AZXEBER.COM xəbər verir ki, 8 Noyabr - Zəfər Günü Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzi kimi tarixə düşüb. Bu tarixi zəfərimizin ildönümü, eləcə də  9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününü region gəncləri böyük sevinclə qeyd ediblər. 
Belə ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin şəhər və rayonlarda fəaliyyət göstərən 11 regional nümayəndəliyi və 44 bölməsində müxtəlif tədbirlər həyata keçilib. İlk olaraq Vətən müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirən Abidə kompleksi region gəncləri tərəfindən ziyarət olunub. 

Daha sonra müxtəlif rayonlarda dəyirmi masa və görüşlər keçirilib. Müharibə iştirakçıları, qazilər və ekspertlərin iştirakı ilə baş tutan görüşlərdə müharibənin gedişatı, uğurlu əks-hücum əməliyyatı, zəfərimizdən sonra böyük qayıdışa atılan inamlı addımlar, işğaldan azad olunmuş ərazilərimizin yenidən dirçəldilməsi haqqında gənclər məlumatlandırılıb. Həmçinin şəhid və qazi ailələri ziyarət edilib.

Eyni zamanda Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə gənclər arasında şanlı qələbəmizə həsr olunmuş "Zəfər kuboku” adlı intellektual yarış, şahmat yarışı,  "Qədim Azərbaycan” adlı pazl yarışı təşkil edilib. Fərqlənən gənclər diplomlarla təltif edilib. Mərkəzlərdə gənclər üçün Zəfər Gününə həsr edilmiş "Kod adı:Yaşma”, "Zəfərin səsi”, "Şuşa, sən azadsan!” filmləri nümayiş etdirilib.

Baş tutan tədbirlər gənclərimizdə vətənpərvərlik və azərbaycançılıq hisslərinin formalaşmasına kömək etmək məqsədi daşıyıb.
Bu gün şanlı bayrağımızın bütöv Azərbaycan üzərində qürurla dalğalanması ilə hər bir Azərbaycan gənci fəxr edir!
 

 

 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski “Drujba” neft kəmərini ay yarıma təmir etməyə söz verib
17:42 17.03.2026
Zelenski “Drujba” neft kəmərini ay yarıma təmir etməyə söz verib
Rəşad Nəbiyevin müavinlərinin sayı artırıldı - Prezidentdən Fərman
17:25 17.03.2026
Rəşad Nəbiyevin müavinlərinin sayı artırıldı - Prezidentdən Fərman
Bişkekdə Novruz və Ramazan bayramlarına həsr olunmuş tədbir keçirildi - FOTOLAR
17:23 17.03.2026
Bişkekdə Novruz və Ramazan bayramlarına həsr olunmuş tədbir keçirildi - FOTOLAR
Polşa İrana qoşun göndərməyəcək
16:59 17.03.2026
Polşa İrana qoşun göndərməyəcək
Marketdə soyğunçuluq edən iki nəfər saxlanıldı
16:49 17.03.2026
Marketdə soyğunçuluq edən iki nəfər saxlanıldı
Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
16:39 17.03.2026
Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
Nərimanovda 2, 3, 4 otaq, premium təmirli mənzillərin satışı davam edir - "Kristal!"
16:34 17.03.2026
Nərimanovda 2, 3, 4 otaq, premium təmirli mənzillərin satışı davam edir - "Kristal!"
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
16:20 17.03.2026
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
16:16 17.03.2026
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
16:12 17.03.2026
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
16:00 17.03.2026
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
15:54 17.03.2026
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
15:49 17.03.2026
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
15:41 17.03.2026
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
15:12 17.03.2026
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
15:02 17.03.2026
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO