Deputatdan bayramqabağı qiymət artımına MÜNASİBƏT

Deputatdan bayramqabağı qiymət artımına MÜNASİBƏT
Siyasət
12:54 26.12.2022
387
"Artıq Azərbaycanda və bir çox post-Sovet məkanlarında da belə bir xoşagəlməz ənənə yaranıb ki, bayram qabağı, Yeni il, Novruz bayramı və başqa bayramlar qabağı, ərzaq məhsullarının qiymətləri artır”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev, xüsusilə, bayram öncəsi müşahidə olunan qiymət artımlarına münasibət bildirərkən deyib.

O, qeyd edib ki, burada əsas problem daxili istehsal məhsullarının bolluğunun olmamasıdır:

"Bu barədə çox danışmışıq. Təbii ki, burada böyük bir bəla var, bu da inflyasiyadır. Ümumi pulun dəyərini itirmə məsələsidir. Mən iqtisadçı-alim kimi bunu daha çox bolluğun olmamasında, yəni daxili istehsal məhsullarının bolluğunun olmamasında görürəm. Təsəvvür edin ki, biz qida məhsulları ilə 50-55 faiz özümüz-özümüzü təmin edirik. Amma orada da qeyd etmək lazımdır ki, bunların bəzi komponentləri də xaricdən gəlir. Bunu Cənab Prezident də dəfələrlə qeyd edib. Düzdür, Azərbaycanda xüsusi proqramlar var, kiçik və orta, mikro sahibkarlığın inkişafıdır. İndi yeni investisiya qanunu qəbul olundu. Bir çox qanunlar qəbul olunur. İqtisadi-siyasət elə yolla gedir ki, kifayət qədər kənd təsərrüfatı inkişaf eləsin və qida istehsal edən müəssisələr çox açılsın. Amma yenə də bizi inkişaf qane edir. Amma inkişafın sürəti bir o qədər də yox”.

Deputat daxili bazarda istesalatın bol olmalı olduğunu, təklifin tələbi üstələməli olduğunu deyib:

"Mən bunu deyəndə bəzi ekspertlər mənlə razılaşmır ki, dövlət bunu tənzimləməlidir. Mən düşünürəm ki, bazar iqtisadiyyatında tələb-təklif qanunu, rəqabət qanunu işlək olanda dövlət sadəcə ən vacib insanlar üçün məhsulların qiymətlərini tənzimləyə bilər. Buna istehlak səbəti deyirlər, burada 500-ə yaxın məhsul növləri var. Əgər dövlət birbaşa müdaxilə etsə, onda rəqabət qanunları pozulacaq. Bu da xoşagəlməz hallara gətirəcək. Ona görə də, yeganə yolu onda görürəm ki, daxili bazarda daxili istesal bol olmalıdır. Təklif tələbi üstələməlidir. O zaman biz inflyasiyanı tam cilovlaya bilərik, bunun qarşısını da ala bilərik. 

Bir çox ölkələrdə ticarətçilərin özlərinin xüsusi siyasəti var. Bayrama 10-12 gün qalmış qiymətləri aşağı salırlar ki, insanlar çox alsınlar. Burada heç bir humanist addım yoxdur. Sadəcə, ticarətçilər daha çox məhsul satmaq istəyirlər. Amma bir şeyi də deyim, təbii ki, elə ölkə yoxdur ki, yüz faiz tələbatını daxili istehsalına görə ödəsin. Bu, mümkün deyil. Amma biz də dünya standartlarına tam cavab verməyə qadirik. Düşünürəm ki, üzümüzə gələn ik-üç il ərzində bu məsələni həll edəcəyik”. 

R.Quliyev qeyd edib ki, Azərbaycanda bu məsələdə dövlətin kifayət qədər səyləri, addımları var:

"Mən həmişə demişəm ki, regionlarda kənd təsərrüfatı ilə məşğulluq artmalıdır. İnsanlar daha çox əkin-biçinlə məşğul olmalıdır. Məhsulların keyfiyyəti, kəmiyyəti sürətlə artmalıdır. Onda biz bazar iqtisadiyyatında qiymətləri cilovlayıb, bayramqabağı da qiymətləri aşağı sala bilərik. İnflyasiyanın, bəlkə də 80 faizi bizə xaricdən gəlir. Amma get-gedə bu da azalır. Bizdə bir mənəvi stereotip də var, nədənsə biz düşünür ki, xaricdə istehsal olunan hər bir mal, geyimdən tutmuş, qidaya qədər, guya keyfiyyəti çox üstündür. Təbii ki, fərqlər var, hər ölkənin özünün kənd təsərrüfatında öz dəst-xətti var. Amma deyim ki, Azərbaycan bazarında yerli istehsal qatıq, süd, çörək, un məhsulları, şirniyyat və s. bu kimi məhsulların keyfiyyəti son illərdə daha çox artıb”.

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Polşada dövlət sirrini yayan eks-nazir və müşavir ifşa edildi - Həbs oluna bilərlər
14:38 25.08.2025
Polşada dövlət sirrini yayan eks-nazir və müşavir ifşa edildi - Həbs oluna bilərlər
Ağdamda itkin düşən qız tapıldı
14:31 25.08.2025
Ağdamda itkin düşən qız tapıldı
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
14:21 25.08.2025
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
14:15 25.08.2025
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
14:13 25.08.2025
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
14:10 25.08.2025
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
14:05 25.08.2025
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
13:44 25.08.2025
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
13:13 25.08.2025
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
13:12 25.08.2025
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
13:10 25.08.2025
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
13:02 25.08.2025
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi
13:00 25.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi
Çempionlar Liqası: "Qarabağ"ın cavab oyununu fransalı hakimlər idarə edəcək
12:48 25.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın cavab oyununu fransalı hakimlər idarə edəcək
Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq
12:28 25.08.2025
Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib
12:12 25.08.2025
İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib