AZXEBER.COM Xəzər TV-yə istinadən xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, daşınmaz əmlakla bağlı əksər hüquqi əməliyyatların həyata keçirilməsi üçün çıxarışın olması vacibdir.
O bildirib ki, mülkiyyətin bir şəxsdən digərinə keçirilməsi, alqı-satqı, bağışlama, girov, vərəsəlik və digər əməliyyatların aparılması yalnız rəsmi çıxarış əsasında mümkündür. Lakin kənd yerlərində evlərin çıxarışının olmaması bu sahədə ciddi problemlər yaradır.
Ekspert qeyd edir ki, mövcud çətinliklərin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumları tərəfindən sistemli və əsaslı tədbirlərin görülməsi zəruridir. Onun fikrincə, problemin effektiv həlli yalnız kompleks yanaşma və davamlı tədbirlərin həyata keçirilməsi ilə mümkün ola bilər.









































