“Regionumuzdakı təhlükəsizliyə ən böyük hədə Ermənistanın işğalçılıq siyasətidir” - İlham Əliyev

“Regionumuzdakı təhlükəsizliyə ən böyük hədə Ermənistanın işğalçılıq siyasətidir” -  İlham Əliyev
Siyasət
12:40 05.09.2014
991
Prezident İlham Əliyev NATO sammitində çıxış edib
Azərbaycan prezidenti İlham Əliyev NATO-nun Uelsdə keçirilən sammitinin Əfqanıstan üzrə görüşündə çıxış edib.
APA – nın məlumatına görə, dövlət başçısı çıxışı zamanı bəyan edib ki, Azərbaycanla NATO arasında tərəfdaşlığın 20 ili ərzində ölkəmiz alyansın bir çox fəaliyyət sahəsinə töhfə verən etibarlı tərəfdaşa çevrilib.
Azərbaycanın regional təhlükəsizlik və sabitlikdə mühüm rol oynadığını deyən prezident İlham Əliyev qeyd edib ki, bu gün regionun təhlükəsizliyinə ən böyük hədə Azərbaycan ərazisinin 20 faizini təşkil edən Dağlıq Qarabaq və 7 ətraf rayonu işğal altında saxlayan Ermənistanın işğalçılıq siyasətidir:
“Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib və bunun nəticəsində 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Əfsuslar olsun ki, Ermənistan onlara məhəl qoymamaqda davam edir və münaqişə həll olunmamış qalır. Münaqişə beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməlidir.
Biz NATO-nun bu məsələ ilə bağlı mövqeyini və əvvəlki sammitlərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə verdiyi tam dəstəyi yüksək dəyərləndiririk. Biz qətiyyətlə inanırıq ki, NATO-nun beynəlxalq hüququn bu cür mühüm hissəsinə sadiqliyi bundan sonra da davam edəcək. Beləliklə, o, ədaləti bərpa etməyə və beynəlxalq səviyyədə tanınmış sərhədləri güc hesabına dəyişmək kimi səhv düşüncədən yayındırmağa birmənalı şəkildə yardım edir”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan Əfqanıstana uzunmüddətli inkişafın təmin edilməsi üçün hərtərəfli töhfə verir. Azərbaycanın bu sammitin bütün üç sahəsinə töhfə verən NATO-nun 5 tərəfdaşından biri olduğunu bildirən Azərbaycan prezidenti ölkəmizin hərbi kontingentinin lap ilkin vaxtlardan İSAF qüvvələrində xidmət etdiyini xatırladıb.
“Azərbaycanın müxtəlif akademiyalarında Əfqanıstanın hüquq mühafizə və hökumət rəsmiləri üçün geniş təlim proqramları həyata keçirilir. Əfqanıstanın Milli Ordusunun Qəyyumluq Fonduna 3 milyon avro keçirilib, digər 1 milyon isə istehkam əməliyyatlarına sərf olunub. İSAF qüvvələri üçün məhvetmə gücünə malik olmayan malların tranzitinin 40 faizi Azərbaycan tərəfindən təmin edilir. Bundan əlavə, gələcəkdə iştirak edəcəyimiz
“Qətiyyətli dəstək” əməliyyatı üçün mühüm tranzit imkanları yaradacaq Bakı-Tiflis-Qars dəmir yolu xəttinin çəkilməsi gələn bir neçə ay ərzində başa çatdırılmalıdır. Xəzər regionunda ən böyük Azərbaycan Beynəlxalq Dəniz Limanı ilə birgə bu dəmir yolu xətti həm bütün region, həm Əfqanıstan üçün böyük ticari və iqtisadi imkanlar açacaq. Bu, Uzaq Şərq ilə Avropanı birləşdirən marşrutun tam ortasında yerləşən Əfqanıstana iqtisadi inkişaf verə bilər. Müstəqilliyin ilk illərində durğunluq və böhrandan davamlı sabitlik və surətli iqtisadi artıma keçmiş ölkə kimi Azərbaycan öz təcrübəsini Əfqanıstan ilə bölüşməyə və həmin ölkədə müxtəlif yenidənqurma və sərmayə layihələrində iştirak etməyə hazırdır”, - deyə dövlət başçısı vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyənin Karahantepe abidəsində Neolit dövrünün ən böyük kəşfi – “İlk üçölçülü süjet”
19:20 28.08.2025
Türkiyənin Karahantepe abidəsində Neolit dövrünün ən böyük kəşfi – “İlk üçölçülü süjet”
İsrail ordusu Hizbullaha məxsus obyektlərə zərbələr endirib
19:09 28.08.2025
İsrail ordusu Hizbullaha məxsus obyektlərə zərbələr endirib
Fransa Fələstində səfirlik açmağı planlaşdırır
18:59 28.08.2025
Fransa Fələstində səfirlik açmağı planlaşdırır
UEFA Çempionlar Liqasının final matçının başlama vaxtını dəyişdirib
18:46 28.08.2025
UEFA Çempionlar Liqasının final matçının başlama vaxtını dəyişdirib
Rusiyanın Kiyevə hücumu Ursula von der Leyeni qəzəbləndirib
18:35 28.08.2025
Rusiyanın Kiyevə hücumu Ursula von der Leyeni qəzəbləndirib
ABŞ Venesuela sahillərinə hərbi gəmilər göndərib
18:21 28.08.2025
ABŞ Venesuela sahillərinə hərbi gəmilər göndərib
Rusiya İran dronları ilə Almaniyada ABŞ və NATO-nun silah marşrutlarını izləyir
18:10 28.08.2025
Rusiya İran dronları ilə Almaniyada ABŞ və NATO-nun silah marşrutlarını izləyir
Döyülən uşaqların anası yenə hamilədir... - VİDEO
17:58 28.08.2025
Döyülən uşaqların anası yenə hamilədir... - VİDEO
Magistraturaya əlavə yerləşdirmənin qeydiyyat müddəti uzadılıb
17:46 28.08.2025
Magistraturaya əlavə yerləşdirmənin qeydiyyat müddəti uzadılıb
İsrail Baş naziri ifadələrinə diqqət etməlidir
17:36 28.08.2025
İsrail Baş naziri ifadələrinə diqqət etməlidir
Valideynlərinin zorakılığa məruz qoyduğu azyaşlılar körpələr evinə yerləşdiriləcək - RƏSMİ
17:34 28.08.2025
Valideynlərinin zorakılığa məruz qoyduğu azyaşlılar körpələr evinə yerləşdiriləcək - RƏSMİ
Eldəniz Əmirov: Turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi bazar tərəfindən tənzimlənir
17:29 28.08.2025
Eldəniz Əmirov: Turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi bazar tərəfindən tənzimlənir
Nişanlanan məşhur müğənninin üzüyünün qiyməti məlum oldu
17:26 28.08.2025
Nişanlanan məşhur müğənninin üzüyünün qiyməti məlum oldu
"Azərbaycan turizmində əsas problem turistin gəlməməsidir" - İqtisadçı
17:18 28.08.2025
"Azərbaycan turizmində əsas problem turistin gəlməməsidir" - İqtisadçı
Elçin Laçında klip çəkdi,  birlik mesajı verdi - VİDEO
17:12 28.08.2025
Elçin Laçında klip çəkdi, birlik mesajı verdi - VİDEO
Ukrayna Voronejdəki hərbi bazanı məhv etdi
17:09 28.08.2025
Ukrayna Voronejdəki hərbi bazanı məhv etdi