"Rəhbərliyə 10 yox, 22-24 milyon manat vermişəm" - Beytulla Hüseynov

"Rəhbərliyə 10 yox, 22-24 milyon manat vermişəm" - Beytulla Hüseynov
SOSİAL
14:02 28.11.2016
2101

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktlına münasibət bildirən Cəlil Cəfərov, Qəmbər Bəybalayev və Səhrab Hümbətovözlərini təqsirli bilmədiklərini deyiblər.
 
Daha sonra Beytulla Hüseynov ifadə verib. B.Hüseynov dəymiş ziyanı ödəməyə hazır olduğunu bildirib: "İttiham aktında olan rəqəmlərlə razı deyiləm, şişirdilmiş rəqəmlərdir. Bakı Telefon Rabitə İstehsalat Birliyində 2015-ci ildə orta aylıq əmək haqqı 700 manat idi. Mən icraçı adamam və bu vəzifəyə pillə-pillə gəlmişəm. Nazirliklə razılaşdırmışdıq ki, gəlirlərin 80 faizi nazirliyə verilsin, 20 faizi bizə qalsın. Əli Abbasov da bununla bağlı ifadə verib. Bizdə olan vəsaitin 6 faizi qovşaqlarda qalıb, 4 faizini isə paket vermişik. Dövlətə nə zərər vurmuşam, ödəməyə hazıram. Şəhid ailələrinə, əlillərə pulsuz telefon çəkmişdik. Avropa Oyunları zamanı bizə xüsusi tapşırıq verilmişdi. Sifarişçi "Azəryolservis" ASC idi. Biz işləri uğurla yerinə yetirdik, lakin ödəniləcək vəsaitin 4 faizini ala bilmədik. Gördüyümüz işlərə görə dövlətdən mükafat aldıq. Mən Qarabağ müharibəsi veteranıyam. Xahiş edirəm, bunları nəzərə alasınız".
 
Prokurorun sualların cavablandıran B.Hüseynov deyib ki, göstərişi rəhbərlikdən alıb. O bildirib ki, rəhbərliyə 10 milyon yox, 22-24 milyon manat verib. Pulu kimə verdiyini isə açıqlamayıb: "Mənim mənimsədiyim 2 milyon 800 min manatdır. Onu da yaxın zamanda ödəyəcəyəm".
 
B.Hüseynov Avropa Oyunları zamanı görülən işlərlə bağlı 4 milyon 600 min manatı hələ də almadığını deyib.

Trend-in məlumatına görə, prosesdə "Rabitə Mülki Tikinti" MMC-nin direktoru Emin Məmmədovun yeni vəkillə müqavilə bağladığı məlum olub. Hakim bildirib ki, E.Məmmədov onu müdafiə etmək üçün Tural Süleymanovla müqavilə bağlayıb.

Hakim həmin vəkilin prosesdə iştirak etməsinə razılıq verib.

Dövlət ittihamçısı Fərid Nağıyev əvvəlcə "AzİnTelekom" MMC-nin sabiq baş direktoru Cəlil Cəfərovun ittihamnaməsini elan edib. 1,5 milyon manatı mənimsəmədə ittiham olunan C.Cəfərov özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyib.

Daha sonra dövlət ittihamçısı "Optik Rabitə, Tikinti və Quraşdırma" MMC-nin baş mühasibi, 600 min manat mənimsəmədə ittiham edilən Səhrab Hümbətovun ittihamnaməsini oxuyub. S.Hümbətov da elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

Dövlət ittihamçısı, həmçinin "Azərpoçt" MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayevin ittihamnaməsini elan edib. Q.Bəybalayev 2 milyon manatlıq mənimsəmədə təqsirli bilinir.

"Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev ifadə verməyə hazır olmadığını deyib.

Məhkəmənin növbəti iclası noyabrın 30-u saat 10:00-a təyin olunub. 

Qeyd edək ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu "Bakı Rabitə Təmir Tikinti" və "Təmir Təchizat Servis" MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu "3 nömrəli Rabitə Təmir Tikinti", "Rabitə Mülki Tikinti" MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyənləşib.
 
Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyənləşib.
 
Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan "Aztelekom" MMC, "AzİnTelekom" MMC, "Azərpoçt" MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət "Optik Rabitə Tikinti və Quraşdırma" MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.
 
İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və "Aztelekom" MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin "AzİnTelekom" MMC-nin baş direktoru Cəlil Cəfərova, "Azərpoçt" MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və "Optik Rabitə, Tikinti və Quraşdırma" MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
06:52 06.03.2025
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
04:47 06.03.2025
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
03:45 06.03.2025
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
02:40 06.03.2025
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
Papa Fransiskin müalicəsi davam etdirilir
01:35 06.03.2025
Papa Fransiskin müalicəsi davam etdirilir
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
01:12 06.03.2025
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
01:09 06.03.2025
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
00:51 06.03.2025
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
00:34 06.03.2025
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
00:28 06.03.2025
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
23:58 05.03.2025
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
23:37 05.03.2025
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
23:29 05.03.2025
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
23:27 05.03.2025
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
23:23 05.03.2025
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi
23:21 05.03.2025
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi