Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev R.M.Məmmədova “Əməkdar dövlət qulluqçusu” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. AZXEBER.COMAzərTAc-a istinadən xəbər verir ki, sənəddə deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Rəhim Məmməd oğlu Məmmədova “Əməkdar Dövlət Qulluqçusu” fəxri adı verilsin".