Rəhim Qaziyev "Azadlıq" radiosunun "İşdən sonra" proqramının qonagı olmaq üçün evdən çıxıb
Martın 19-da keçmiş müdafiə naziri Rehim Qaziyevi polis Bakıda saxlayib. Bu barədə "Azadlıq" radiosuna Rəhim Qaziyevin qardaşı Rahab Qzaiyev məlumat verib. Rahab Qaziyev deyib ki,Rəhim Qaziyevin saxlanması xəbərini onun evinə zəng edib bildiriblər: "Zəng edənlər özlərini DİN əməkdaşları kimi təqdim ediblər. Ancaq Rəhim Qaziyevin nə səbəbdən saxlandığını bildirməyiblər. Rəhim Qaziyev saat 17.20 radələrində evindən "Azadlıq" radosuna getmək üçün çıxmışdı. Sonradan onun saxlandığı xəbərini aldıq." DİN mətbut xidmətindən isə bu deyilənlərə münasibət öyrənmək mümkün olmayib. Rəhim Qaziyev "Azadlıq" radiosunun "İşdən sonra" proqramının qonagı olmalıydı. Ancaq bu verlişdə iştirak edə bilməyib.(modern.az)