Rəhim Qazıyev sərbəst buraxıldı

Rəhim Qazıyev sərbəst buraxıldı
12:43 20.03.2013
1826

Martın 19-u axşam saatlarında saxlanılan keçmiş müdafiə naziri Rəhim Qazıyev gecə saatlarında sərbəst buraxılıb. 

APA-nın məlumatına görə, Rəhim Qazıyev "Azadlıq" qəzetinə deyib ki, evindən çıxaraq "Azadlıq" radiosuna verilişə gedərkən Memarlıq və İnşaat Universitetinin yaxınlığında bir neçə nəfər qarşısını kəsib. R. Qazıyev zorla maşına oturdularaq DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığını bildirib. Dediyinə görə, idarədə ona son vaxtlar mətbuatdakı çıxışları ilə bağlı xəbərdarlıq ediblər. Keçmiş müdafiə naziri kameralardan birində 2 saat saxlandıqdan sonra sərbəst buraxılıb.

OXŞAR XƏBƏRLƏR