Rəhim Rəhimli 30 modellə birlikdə - VİDEO

Rəhim Rəhimli 30 modellə birlikdə - VİDEO
MAQAZİN
13:03 21.12.2017
1294
Müğənni-bəstəkar Rəhim Rəhimlə 2017-ci il sonunda yeni klipini təqdim edib.
 
AZXEBER.COM-a açıqlama verən sənətçi bütün zamanını sənətinə həsr etdiyini bildirdi.
 
"Yeni mahnım "Bu gecə" adlanır. Uzun müddətdir bu mahnının üzərində iş gedir. Mahnının söz və musiqisi Sevər xanıma aiddir. Rejissor isə mənim dostum Anar Hüseynovdur. Ekran işində gördüyünüz imicim üzərində isə Roma çalışıb".
 
Müğənni klipində modellərin çox olmasına da toxunub:
 
"Bir-birindən gözəl 30 xanım model klipimizdə rol alıb. Onların geyimlərinə xüsusi diqqət ayrılıb. Bu işdə modelyer Yeganə Sadıqovaya təşəkkür edirəm. Klipimdə onun geyim kolleksindan istifadə olunub".
 

OXŞAR XƏBƏRLƏR