Daha bir azərbaycanlı müğənni "Facebook" sosial şəbəkəsinin dələduzlarından şikayətçidir. Bu dəfə şikayət edən Rəhim Rəhimli oldu. Müğənninin ANS PRESS-ə verdiyi məlumata görə, dələduzlar onun adından istifadə edir. Hazırda bu şəbəkədə səhifəsinin olmadığını bildirən müğənni adına açılan səhifələrin saxta olduğunu söyləyir:“Hazırda Facebook-da mən yoxam! “Rehim Dostum” adlı bir yuzer mənim adımdan hər kəslə ünsiyyətə girir, insanları təhqir edir. İnanın mənə, o nə mənəm, nə də menecerim Şahindir! Kimdirsə dələduz insandır, onu tapsaq dərsini verəcəyik!”Müğənni internet istifadəçilərinə müraciət edərək kömək istəyib: “Facebook istifadəçilərindən xahiş edirəm, mənim adım altında bu saytda oturan bütün şəxsləri adminlərə şikayət etsinlər ki, o səhifələr bağlansın.”