Rəhim Rəhimlinin anası ilk dəfə danışıb.
AZXEBER.COM xəbər ki, ARB televiziyasında yayımlanan "Elgizlə izlə” verilişinə danışan Rəhim Rəhimlinin anası onun ölümündən sonra ilk dəfə açıqlama verib.
Rəhimin anası onun ölümdən öncə anidən əsəbiləşdiyini bildirib:
"O, ad günlərini qeyd etməyi sevmirdi. 20 yaşa kimi keçirmişdi, ondan sonra icazə vermirdi. Ölməmişdən 2 saat qabaq bayırda işləyirdi, mənim yanımda idi. Danışırdı, deyirdi, gülürdü. Birdən nəsə oldu, onu sancı tutdu. Nəyəsə hirslənmişdi, amma mən bilmirəm o nə idi. Mən anlaya bilmədim ki, onu kim əsəbiləşdirdi ki, onun halı anidən pisləşdi. Rəhimə iki dərman verdilər, lakin özünə gələ bilmədi. Hər şeyi hamıdan gizlədirdi, səhhəti ilə bağlı danışmağı sevmirdi, hətta mənə belə demirdi. O, burnunu əməliyyat etdirmişdi, mənim xəbərim yox idi. Heç vaxt istəmirdi ki, ana əziyyət çəksin. Mən heç vaxt müsahibə vermək istəməzdim, amma dərd məni bu həddə çatdırdı. Mən onun üçün çox darıxıram”, - deyə rəhimin anası bildirib:
Xatırladaq ki, Rəhim Rəhimli 30.09.2022-ci il kəskin ağciyər, ürək çatışmazlığından vəfat edib.
Həmin görüntüləri təqdim edirik:
Ayşən