Rəhman Hacıyev Tural Gəncəliyevlə görüşdü - FOTO

Rəhman Hacıyev Tural Gəncəliyevlə görüşdü - FOTO
SİYASƏT
21:07 12.03.2021
811
Qarabağ Dirçəliş Fondunun və Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbərləri əməkdaşlıq perspektivlərini müzakirə ediblər

AZXEBER.COM xəbər verir ki, Qarabağ Dirçəlişi Fondu və Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması işğaldan azad olunmuş ərazilərin bərpasına töhfə vermək məqsədilə birgə əməkdaşlıqda maraqlıdırlar. 

Bu maraq Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, Milli Məclisin deputatı Tural Gəncəliyevin və Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyevin görüşündə ifadə edilib.

Görüş martın 11-də İcmanın ofisində həmin qurumun əməkdaşlarının iştirakı ilə baş tutub. Görüşdə İcmanın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aybəniz İsmayılova, Media və Kommunikasiya şöbəsinin müdiri Əhməd Mahmudov, yazıçı-publisist Məqsəd Nur və başqaları iştirak ediblər. 

Görüş zamanı İcmanın rəhbəri və nümayəndələri təşkilatın son illərdə həyata keçirdiyi müxtəlif layihələrdən danışıblar. Bu layihələr arasında erməni işğalının nəticələri ilə bağlı reallıqların dünya ictimaiyyətinin diqqətinə çatdırılması, habelə Qarabağın tarixinin yerli və xarici auditoriya arasında populyarizasiyası kimi təşəbbüslər də az deyil. 

Tural Gəncəliyev Xankəndindən olan seçicilərin vəziyyəti, postmüharibə dövründə İcmanın gözləntiləri və tezliklə doğma torpaqlara qayıtmaq arzusu barədə də danışıb. 

İcma rəhbərinin sözlərinə görə, Azərbaycan diasporunun nümayəndələri də İcma və Qarabağ Dirçəliş Fondu ilə birlikdə layihələrdə iştirak etməyə hazır olduqlarını bildirirlər. 

"Biz də öz tərəfimizdən bu əməkdaşlığa dəstək verməyə çalışacağıq", - deyə o bildirib.
Fondun sədri Rəhman Hacıyev isə görüş iştirakçılarına təşkilatın müvafiq strukturlarının yaradılması istiqamətində görülən işlərdən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fondun qarşısında qoyduğu məqsəd və vəzifələrdən danışıb. 

"Fondun qarşısında duran əsas vəzifələrdən biri Qarabağın dirçəldilməsi üzrə müvafiq layihələrə yönəldiləcək ianələrin və qrantların cəlb olunmasıdır”, - deyə o bildirib. 

Onun sözlərinə görə, ən yaxın vaxtlarda Fondun strateji və fəaliyyət planları işlənib hazırlanacaq. 

Rəhman Hacıyev bildirib ki, Fond öz fəaliyyəti çərçivəsində müxtəlif layihələr, o cümlədən Qarabağın maddi dəyərlərinin bərpasına, sərmayələrin cəlb olunmasına və insan kapitalının inkişafına yönəldilmiş layihələr həyata keçirəcək.

"Cənab Prezident öz çıxışlarında insan kapitalının inkişafının xüsusi əhəmiyyətini dəfələrlə vurğulayıb. Dövlət başçısının bəyanatlarını tapşırıq kimi qiymətləndirən Fond bu istiqamətə xüsusi diqqət yetirəcək. Çünki hər hansı təşəbbüsün, xüsusilə də işğaldan azad edilmiş torpaqların bərpası və reinteqrasiyası kimi möhtəşəm bir təşəbbüsün uğurunu məhz insanlar müəyyənləşdirir”, - deyə R.Hacıyev bildirib.

Fondun sədri qurumun vəzifələri arasında Azərbaycan Respublikasının Qarabağ bölgəsinə investisiyaların cəlb edilməsi prosesinin təşviqini, dövlət-özəl sektor tərəfdaşlığının inkişaf etdirilməsini, habelə yerli və beynəlxalq ictimaiyyət arasında Qarabağın tarixi, erməni işğalı nəticəsində dəymiş zərərlə bağlı reallıqları və bu regionun bərpası prosesi haqqında məlumatların yayılmasını sadalayıb.
Görüş zamanı dövlət başçısının tapşırığına əsasən, Qarabağda həyata keçirilən bütün layihələrin dünyanın ən yüksək standartlarına uyğun olacağı qeyd edilib.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ölkənin işğaldan azad edilmiş ərazilərinin "yaşıl enerji” zonasına, "ağıllı şəhər” və "ağıllı kənd” kimi mütərəqqi konsepsiyaların həyata keçirilməsi üçün platformaya çevriləcəyi ilə bağlı sözləri nümunə kimi göstərilib.

Görüş iştirakçıları işgüzar ünsiyyətin davam etdirilməsi və bu cür görüşlərin müntəzəm olaraq keçirilməsi barədə razılığa gəliblər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
07:10 26.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
05:39 26.03.2026
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
05:32 26.03.2026
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
03:07 26.03.2026
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
02:49 26.03.2026
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
02:31 26.03.2026
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
02:21 26.03.2026
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
01:34 26.03.2026
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
01:09 26.03.2026
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
00:49 26.03.2026
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
Qalmaqallı prokuror işdən çıxarıldı
00:07 26.03.2026
Qalmaqallı prokuror işdən çıxarıldı
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
00:05 26.03.2026
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
Bu şəxslərin pensiyası övladına veriləcək
23:52 25.03.2026
Bu şəxslərin pensiyası övladına veriləcək
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
23:45 25.03.2026
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
23:33 25.03.2026
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər
23:12 25.03.2026
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər