"Azərbaycanda ictimai nəqliyyatda qiymətlərin artırılması dövlət üçün ən arzuedilməz variantdır".
AZXEBER.COM report-a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
"Nazirlik müxtəlif modellər üzərində iş aparır, aidiyyəti təklifləri müzakirə edir, güman edirik ki, ictimai nəqliyyatda qiymət artımı olmasa belə hansısa subsidiyalaşma mexanizmləri ola bilər. Başqa ölkələrin təcrübələrindən görürük ki, ictimai nəqliyyat gəlirsiz bir sahədir", - deyə o qeyd edib.