Rəisidən İsrailin xəstəxanaya hücumu sonrası MÜHÜM AÇIQLAMA

Rəisidən İsrailin xəstəxanaya hücumu sonrası  MÜHÜM  AÇIQLAMA
DÜNYA
09:39 18.10.2023
233
Ötən axşam İsrail ordusu Qəzza zolağında Əl-Əhli Baptist Xəstəxanasını bomba atəşinə tutub.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hücumdan sonra İrandan gərginliyi artıracaq açıqlama gəlib.

İran prezidenti İbrahim Rəisi sözügedən hucumla bağlı açıqlama verərək deyib:
 
"Qəzzada yüzlərlə insanın həyatını itirdiyi xəstəxanaya hücum edən İsrailin törətdiyi hərbi cinayətə səssiz qalmaq olmaz".

Qeyd edək ki, İsrailin xəstəxananı bombalaması nəticəsində 500-dən çox insanın həyatını itirdiyi qeyd edilib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR