Rejissor Şahin Zəkizadə vəfat etdi

Rejissor Şahin Zəkizadə vəfat etdi
SOSİAL
16:52 16.02.2017
12378

 

Rejissor Şahin Zəkizadə uzun sürən ağır xəstəlikdən sonra bir neçə dəqiqə əvvəl vəfat edib.

Bu barədə rejissorun xalası oğlu Aqil Adiloğlu məlumat verib.

Xatırladaq ki, bir neçə gün əvvəl komaya düşən Şahin Zəkizadənin vəziyyəti ağır idi. Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının baş həkimi Adil Nuriyev "ASAN Radio”ya verdiyi məlumata görə, Şahin Zəkizadə sentyabr ayından etibarən Tədris Terapevtik Klinikasında müalicə alırdı və həkimlər onun sağalması üçün müasir tibbin bütün metodlarını tətbiq ediblər.

Qeyd edək ki, Şahin Zəkizadənin 38 yaşı var idi. Martın 5-də onun 39 yaşı tamam olacaqdı.

Şahin Zəkizadə ilə vida mərasimi Yasamal rayonunda saat 9:00-da yaşadığı ünvanda keçiriləcək. Mərhum Maştağa qəsəbəsindəki Seyidlər qəbiristanlığında dəfn ediləcək.

Allah rəhmət eləsin!


//ASAN Radio
OXŞAR XƏBƏRLƏR