Ürək-damar sağlamlığını qorumağın 10 YOLU

SAĞLAMLIQ
00:06 21.10.2023
571
Ürək-damar xəstəlikləri dünyada ən çox ölüm səbəblərindən biridir. Mövzu ilə bağlı mütəxəssislər ürək-damar sağlamlığını qorumağın yollarını sadalayıblar.

AZXEBER.COM xəbər verir ki, stress, oturaq həyat, qeyri-sağlam və balanssız qidalanma, siqaret kimi bir çox faktor ürək-damar sisteminin ən böyük düşmənləridir.

Araşdırma məlumatlarına nəzər saldıqda ürək-damar xəstəliklərindən ölənlərin üçdə birinin 70 yaşın altında olduğunu görürük. Ürək sağlamlığını qorumaq sağlam həyat sürmək üçün vacibdir.

Ürək xəstəlikləri bütün dünyada ölüm riski ən yüksək olan xəstəliklərdən biridir.

Türkiyəli professor Sinan Dağdelen ürək-damar xəstəlikləri riskinə qarşı 10 həyati tövsiyəni paylaşıb.

1. Az faydalıdır, çoxu zərərlidir: Stress

-Müasir dövrdə vazkeçilməz olan stress az miqdarda faydalı, həddindən artıq olduqda isə zərərlidir. O zərərlərdən biri də onun ürək sağlamlığına mənfi təsiridir. İnsan stressə nə qədər çox təslim olarsa, ürəyi və damarları bir o qədər stressə məruz qalır və orqanlar bir o qədər tez qocalır. Buna görə də, stresə nəzarət etməyi bacarmalı və stresin sizi idarə etməsinə imkan verməyərək idarə etməyi öyrənməlisiniz. 

2. Bel ətrafı neçə sm olmalıdır?

-Sağlam ürəyə aparan yollardan biri də bel ətrafınızdır. Amerika Ürək Assosiasiyasının məlumatlarına görə, kişilər üçün bel ətrafının 102 sm, qadınlar üçün 88 sm-i (Qərbdə kişilər üçün 94 sm, qadınlar üçün 80 sm) keçməsi ürək xəstəlikləri riski deməkdir. Ürək xəstəlikləri kişilər üçün bir xəstəlik kimi qəbul edilsə də, qadınları da çox yaxından maraqlandırır. Tədqiqatlar göstərir ki, qadınlarda aterosklerozun ilk əlamətləri 30 yaşlarında görünməyə başlayır və menopozdan sonra risk artır.

3. Özünüz təzyiq dərmanı qəbul etməyi dayandırmayın;

-İnsanlar hipertoniya dərmanlarının orqanizm üçün zərərli olduğuna inanaraq, həkimə müraciət etmədən özbaşına qəbulu dayandıra bilərlər. Bununla belə, hipertoniya dərmanlarını müntəzəm qəbul etməmək və ya dərmanı dayandırmaq təhlükəli nəticələrə səbəb ola bilər. 

4. Daimi və sürətli gəzintilər edin;

-Fiziki fəaliyyətin olmaması və bütün günü masadan ayrılmadan işləmək ürəyimiz üçün böyük risk yaradır. Ürəyin ən böyük düşmənlərindən biri olan hərəkətsizlikdən uzaq durun, həftədə ən az 3 gün 45 dəqiqə nizamlı və sürətlə gəzin.

5. Xolesterinə diqqət yetirin;

-Elmi araşdırmalarda yüksək xolesterin ürək-damar xəstəliklərinin ən əhəmiyyətli səbəblərindən biri kimi göstərilir. Pis xolesterol olaraq bilinən LDL-ni azaltmaq üçün təkcə qidalanmaya diqqət yetirmək kifayət deyil. Bir insanın həkimin təyin etdiyi xolesterin dərmanlarını öz başına dayandırması yanlış və təhlükəlidir. 

6. Ürək-damar üçün faydalı qidalar yeyin;

-Yağlı, duzlu, qızardılmış və hazır yeməklərdən uzaq durun. Həftədə iki gün qızardılmış deyil, balıq yemək, mövsümi tərəvəz və meyvələrdən istifadə etmək, qırmızı ətdən uzaq olmaq, kolbasa kimi işlənmiş ət məhsullarından uzaq durmaq vacibdir. Günün sıx təlaşında fast-food məhsullarının praktikliyinə aldanmayın. Zeytun yağı, qırmızı üzüm və pomidor kimi qidalar pis xolesterolu azaltmağa kömək edir.

7. Diabet və hipertoniyaya diqqət yetirin;

-Ən əhəmiyyətli risklərdən biri "metabolik sindrom" adlanan bir sıra pozğunluqlardır. Bunların arasında diabet və ya insulin müqaviməti, hipertoniya, aşağı HDL, xolesterin, LDL qədər təhlükəli olan yüksək trigliserid yağ (yüksək qan yağı), artıq çəki daxildir. Bunlardan üçünün və ya daha çoxunun bir yerdə olması "metabolik sindrom" diaqnozu ilə nəticələnir. Bu vəziyyət ürək-damar xəstəliklərinə səbəb olması baxımından çox risklidir.

8. Siqareti buraxın;

-Elmi araşdırmalara görə, tək siqaret ürək-damar xəstəliklərindən həyat itkisini əhəmiyyətli dərəcədə artırır.

9. İdeal bədən çəkinizi əldə edin;

-Müasir dövrün təhlükəli xəstəliyi olan piylənmə özlüyündə mühüm bir xəstəlikdir və təkcə ömrü qısaltmaqla yanaşı, ürək xəstəliklərindən xərçəngə qədər bir çox ciddi xəstəliklərə səbəb olur. Bu səbəbdən bədən kütlə indeksinə görə artıq çəkisi olanlar müalicə almalı və ideal bədən çəkilərinə qayıtmalıdırlar.

10. Müntəzəm müayinələrdən keçin;

-Bədənimizə dəqiqədə təxminən 5,5 litr qan vuran həyati əhəmiyyətli ürəyimiz üçün hər il mütəmadi müayinələrdən keçməməliyik. Genetik risk faktoru olanlar üçün 30 yaşından, genetik risk faktoru olmayanlar üçün isə 50 yaşından etibarən müayinədən keçmək həyatları xilas edir.

Ayşən Mirzəyeva

OXŞAR XƏBƏRLƏR