Ürək dərmanlarının insan orqanizminə təsiri - SAĞLAMLIQ

SAĞLAMLIQ
13:57 29.12.2011
3283

Şərqi Avropa və keçmiş SSRİ ölkələrində korvalol əsas aktiv tərkibi barbiturat, o cümlədən fenobarbitaldan ibarət olduğu üçün narkotik hesab edilir. Buna görə də həmin ölkələrin bəzilərində, o cümlədən Litvada, eləcə də ABŞ-da korvalol nəzarətdə saxlanılan, idxalı və satışı qadağan olunmuş preparat sayılır.

20-ci əsrin əvvələrindən tibdə geniş istifadə edilən korvalol sakitləşdirici dərmanlar qrupuna aiddir. Müntəzəm istifadə edildiyi təqdirdə bu dərmanın hətta narkotik kimi asılılıq yaradığı da bildirilir.

Qərbi Avropa ölkələrində, eləcə də Azərbaycanda Almaniya istehsalı olan korvaloldan və onun ekvivalenti olan Volokordindən geniş istifadə edilir.

"Sağlamlığa Çağırış" QHT Alyansının İdarə Heyətinin sədri Gülnarə Hüseynova Trend-ə müsahibəsində bu dərmanların narkotik tərkibli olduğunu deyib. O bildirib ki, bu preparatların tərkibinin otlardan ibarət olduğu deyilir, amma elə narkotik maddələr də otlardan hazırlanır.

Hazırda bu dərmanlardan Azərbaycanda geniş istifadə edildiyini qeyd edən Hüseynovanın sözlərinə görə, alimlər araşdırma apardıqdan sonra belə qənaətə gəliblər ki, bu dərmanlar ürəyi müalicə etmirlər, onlar sadəcə sakitləşdirici dərmanlardır.

Elmi Tədqiqat Kardiologiya İnstitutunun direktoru Adil Baxşəliyev isə Trend-ə müsahibəsində bu dərmanların narkotik tərkibli olması ilə razılaşmayıb. O deyib ki, bu dərmanlar nanə, pişikotu və spirtdən ibarətdir.

"Tərkibində spirt olduğu üçün Rusiyada bəzi alkoqoliklər onlardan 5-6 flakon alıb içirlər. Nəticədə spirtli içkinin təsiri əmələ gəlir. Amma bu dərmandan 15-20 damcının qəbulu heç bir mənfi təsir yaratmır. Əksinə, sakitləşdirir, spazmları aradan götürür", - Baxşəliyev qeyd edib.

O bildirib ki, əslində, bu dərmanlar ürəyin ciddi ağrılarını - stenokardiyanı sakitləşdirmir. Amma ürək nahiyəsindəki narahatlığı, nevrotik ağrıları aradan qaldırır. Bu dərman əsasən sinir sisteminə təsir göstərməklə simpatik sinir sistemini sakitləşdirir.

Baxşıliyev deyib ki, bu dərmanlar əvvəllər reseptsiz verilməyib. Amma sonra onlar təhlükəsiz hesab edildiyi üçün onların reseptsiz də verilməsi qərara alınıb. Hazırda bu dərmanlar apteklərdə reseptsiz verilir.

Baxşəliyev hesab edir ki, bir sıra ölkələrin təcrübəsini nəzərə alaraq, korvalolun, eləcə də onun ekvivalenti olan volokordinin Azərbaycana gətirilməsinin qarşısının alınmasına ehtiyac yoxdur.

Kardioloqun sözlərinə görə, bu dərmanlar illər boyu Rusiyada, eləcə də bütün MDB ölkələrində həkimlər, məşhur akademiklər tərəfindən ürək nevrozlarının müalicəsi üçün geniş istifadə edilib və hazırda da edilir.

Baxşəliyev bildirib ki, Azərbaycanda da insanlar bu dərmanlardan istifadəyə çox öyrəşiblər, onlarda bu dərmanlara inam yaranıb.

"Həqiqətən də ürək nahiyəsindəki ağrıların böyük hissəsi ekstrakardial mənşəli, yəni ürək nevrozu olur. Bu dərmanlar həmin ağrıların azalmasına təsir edir", - həkim qeyd edib.

Onun sözlərinə görə, adıçəkilən dərmanlar adi halda xəstəyə 20-23 damcı təyin edilir. Ürək döyüntülərinin sayı artıqda - 100-110 olduqda xəstəyə 1 dəfə üçün 35-40 damcı içmək məsləhət görülür. Bunun nəticəsində xəstənin ürək döyüntülərinin sayı azalır.

Amma bu dərmanların tərkibində spirt qarışığı olduğu üçün onları uzun müddət istifadə etdikdə və gün ərzində 5 dəfə qəbul etdikdə orqanizmdə spirtə tələbat yarana bilər.

"Dərmanı hər dəfə qəbul etdikdə bədənə bir az spirt gedir. Ona görə bu dərmanları fasiləsiz içsən, gələcəkdə orqanizm onu yenə də tələb edə bilər. Bundan əlavə, geniş istifadə etdiyimiz volokordinin tərkibində fenobarbital var ki, o da yuxugətirici təsir göstərir. Bu dərman uzun müddət fasiləsiz qəbul edilsə, qaraciyərə mənfi təsir edir", - kardioloq əlavə edib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb