Gədəbəy şəhəri ərazisində yerləşən çörəkbişirmə sexində dəm qazından zəhərlənmə halı baş verib.
AZXEBER.COM-un məlumatına görə, sexdə işləyən 1976-cı il təvəllüdlü X.Həsənova, 1971-ci il təvəllüdlü P.Sadıqova və 1986-cı il təvəllüdlü S.Hüseynova dəm qazından zəhərləniblər.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi qiymətləndirilir.