Rektorun deputat oğlu atasının dediklərini izah etdi - "Atam işə çıxır"

Rektorun deputat oğlu atasının dediklərini izah etdi - "Atam işə çıxır"
SOSİAL
16:39 06.09.2025
271
Ötən gün Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyevin işə çıxmadığına dair xəbər yayılıb.

Belə ki, universitetdə fəaliyyətini hələ ki davam etdirdiyini söyləyən rektor ali məktəbə az-az getdiyini vurğulayıb.

O mətbuata açıqlamasında universiteti "uşaqlar"ın idarə etdiyini söyləsə də, konkret ad açıqlamayıb.

Sosial mediada isə universiteti onun oğlu 20 saylı Nərimanov ikinci seçki dairəsindən VII çağırış Milli Məıclisə deputat seçilən Samir Vəliyevin idarə etdiyi ilə bağlı məlumat yayılıb.

AZXEBER.COM xəbər verir ki, Modern.az məsələ ilə bağlı Ə.Vəliyevin deputat oğlu Samir Vəliyevlə əlaqə saxlayıb.

Samir Vəliyev bildirib ki, universitetdə ümumi idarəetməni atam həyata keçirir:

"Atam açıqlamasında deyib ki, işə çıxıram, ümumi idarəetməni isə rektor olaraq Əhməd müəllim həyata keçirir.”

O qeyd edib ki, universitet təkcə rektordan ibarət deyil – burada struktur bölmələri, dekanlıqlar, kafedralar mövcuddur:

"Hər kəs öz səlahiyyət və məsuliyyəti çərçivəsində fəaliyyət göstərir. Mən həm kafedra müdiri, həm də universitetin İdarəetmə Şurasının sədri kimi fəaliyyət göstərirəm”,- deyə o bildirib.
OXŞAR XƏBƏRLƏR