Rektorun sökdürdüyü mozaika bərpa edildi - FOTO

Rektorun sökdürdüyü mozaika bərpa edildi - FOTO
SOSİAL
15:53 03.05.2017
2218
Keçən ilin sentyabrında sökülməyə başlayan Bakı Slavyan Universitetinin üzərindəki mozaika bərpa edilir. 
Yeni mozaikada da əvvəlkindəki kimi Nizami Gəncəvi, Məhəmməd Füzuli, Məhsəti Gəncəvi və digər şairlərin təsvirləri əks edilib. 
Xatırladaq ki, sözügedən mozaikanın sökülməsi ictimaiyyət arasında böyük narazılığa səbəb olmuşdu. Həmin vaxt universitetə yeni təyin edilən rektor Nurlana Əliyeva isə bu işin  Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə həyata keçirildiyini bildirmişdi. 
Bakı Slavyan Universitetinin fasadındakı yenilənmiş mozaikanın şəkillərini sizə təqdim edirik:
///qafqazinfoya 
 


OXŞAR XƏBƏRLƏR