"Relax" istirahət mərkəzinin əməkdaşını cərəyan vuraraq öldürdü

"Relax" istirahət mərkəzinin əməkdaşını cərəyan vuraraq öldürdü
SOSİAL
14:19 26.12.2020
1510
Bu gün səhər saatlarında havanın yağıntılı və küləkli keçməsi səbəbindən Lerik rayonunda yerləşən "Relax" istirahət mərkəzinin elektrik enerjisi təchizatında fasilə yaranıb.

"Report"un əldə etdiyi məlumata görə, mərkəzin əməkdaşları elektrik enerjisi təchizatını bərpa etmək istəyib.

Bu zaman isə qırılmış naqili birləşdirən mərkəz əməkdaşını (adı dəqiqləşdirilir) elektrik cərəyanı vuraraq öldürüb.

Hadisə ilə bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR