“Mən erməni dilini bilmirəm. Bir neçə il əvvəl Moskvadan yaxın dostlardan ad gününə dəvət almışdım. Getdim iştirak etdim. Özümlə də iki meyxanaçı aparmışdım – Pərvizlə Ələkbəri. Məclisdə iştirak etdik və mən o qədər məmnun olmuşdum ki, ürəkdən oxudum da orda. Ruslan adlı qardaşımızın ad günü idi. Bu görüntülər youtube-da da var. İnanın, səmimi sözlərimdir, mən heç vaxt erməni dilində oxumamışam. Çünki bu dili bilmirəm. O məclisdə hamısı öz qardaşlarımız idi. Elə bir şey Sizcə mümkünmü idi?”
Bu sözləri xalq artisti Rəmiş AZXEBER.COM-a erməni dilində mahnı oxuması ilə bağlı fikirlərə cavab olaraq verdiyi açıqlamasında söyləyib.
Xatırladaq ki, Azərbaycanın Xalq Artisti Rəmişin Rusiyadakı məclislərin birində erməni mahnısı oxuması ilə bağlı məlumatlar yayılıb.
O, "Tut ağacı" mahnısını ifa edib. Gitaraçının ifası marağa səbəb olub.
Həmin görüntüləri təqdim edirik:
Azxeber.com