Xəbər verdiyimiz kimi bir neçə gün öncə ATV-də yayımlanan "Rəngarəng" verilişinin bağlandığı iddia edilmişdi.
Aparıcı Zaur Nəbiğlu AZXEBER.COM-a açıqlamasında bununla bağlı rəsmi qərarın verilmədiyini bildirmişdi.
Əldə etdiyimiz məlumata görə, sözügedən veriliş 16 sentyabr tarixindən canlı olaraq yayımlanacaq.
Proqramın ilk qonaqları isə Xalq artisti Nazpəri Dostəliyeva və Namiq Qaraçuxurlu olacaq.
Aysel Hacızadə










































