Rəqqasə Rəna Ağamuradova (Renka) uzun fasilədən sonra yeni ekran işi ilə səssizliyini pozub.
AZXEBER.COM xəbər verir ki, sənətçi bu dəfə fəlsəfi məzmunlu "Cənnətdən qovulmuş mələk” adlı layihəsini təqdim edib.
Ekran işində həyatın fərqli yönlərinə toxunan Renka "mələk” obrazında tamaşaçı qarşısına çıxır. Tarixi məkanda lentə alınan çəkilişlərdə rəqqasə iri qanadları ilə diqqət çəkir.
Onun üçün çəkisi 8 kiloqram olan xüsusi libas hazırlanıb. "Cəsur” üslubda olan dəri geyimlə sənətçi bu dünyadan olmayan obrazı canlandırmağa çalışıb. Layihə sosial mesajı ilə də seçilir.
Ekran işinin rejissoru Rafiq Rüstəmov, musiqisi isə Fərid Ağaya məxsusdur. Layihənin ssenari müəllifi jurnalist Elton Hacıyevin direktorluğu ilə ərsəyə gəlib.
E.Hacıyev mətbuata açıqlamasında layihənin ideyasından da danışıb:
"Ümid edirəm və ən əsası, inanıram ki, yeni layihəmiz Renka sevənlər tərəfindən maraqla qarşılanacaq. Cənnətdən qovulmuş mələk – qanadları qırılmış ümidlərin səssiz hekayəsidir. Mələklər ən çox sevməyi bacaran, amma ən çox yaralananlardır. Əlbəttə, bu addımla nə qədər böyük məsuliyyət daşıdığımın da fərqindəyəm”.
Çətin hava şəraitində günlərlə davam edən çəkilişlər üçün Renkanın geyimi modelyer Şəlalə Maqsudova tərəfindən hazırlanıb.
Aysel


















































