"Renzo Gracie Academy Azerbaijan”nın idmançıları Dünya Çempionatından qələbə ilə qayıtdılar - FOTOLAR

İDMAN
23:11 17.11.2022
200
"Renzo Gracie Academy Azerbaijan”-nın idmançıları Jiu-Jitsu üzrə dünya çempionatından qələbə ilə qayıdıblar.

Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi şəhərində keçirilən Jiu-Jitsu üzrə 14-cü Dünya Çempionatında "Renzo Gracie Academy Azerbaijan”-nın uşaqlar, yeniyetmələr və böyüklərdən ibarət komandaları iştirak edib. Yarışlarda uğurlu çıxış göstərən idmançılar: uşaqlar arasında Oruc Şəmsəddin, Əliyev Fərid və Məmmədov Polad qızıl,  Mark Simvol, Təhməzov Rəsul gümüş, Naveed Anayah, Naveed Aleeha gümüş, yeniyetmələr arasında Ələkbərov Səid, Zeynalov Nizami gümüş, Məmmədov Elşə Təhməzov Riad, Təhməzov Faiq bürünc medal qazanıblar. Böyüklər arasında isə İbrahim Məmmədəliyev qızıl medal, Cəfərzadə Azər, Səfiyev Nicat gümüş və Eyubov Vüqar, Muradov Ramil isə bürünc medal qazanıblar. Akademiyanın baş məşqçisi Ayaz Süleymanov isə 4 görüş keçirərək yalnız finalda məğlub olub və gümüş medal qazanıb.

Onu da vurğulayaq ki, "Renzo Gracie Academy Azerbaijan” Dünya  Çempionatında 151 komanda arasında 4-cü pillədə yer tutub.

"Renzo Gracie Academy Azerbaijan” "Renessans Palace” Yaşayış Kompleksində (Əhməd Cəmil küçəsi 27) yerləşir. Akademiyada müxtəlif yaş qrupları üçün jiu-jitsu, boks, kiq-boks, tay-boks, güləş, sərbəst güləş üzrə məşğələlər keçirirlir. "Renzo Gracie Academy Azerbaijan” haqqında daha ətraflı məlumat almaq üçün 0122109156 nömrəsilə əlaqə yarada bilərsiz. Həmçinin akademiyanın renzograciez instaqram səhifəsindən də məlumat əldə edə bilərsiz.   
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR