“Report” İnformasiya Agentliyinin bir yaşı tamam olur

“Report” İnformasiya Agentliyinin bir yaşı tamam olur
MEDIA
00:12 27.10.2015
1917

Bu gün “Report” İnformasiya Agentliyinin (İA) fəaliyyətə başlamasından bir il ötür.

“Report” İA ötən bir il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.

Bununla yanaşı, “Report” İA-nın əsas veb-resursu olan www.report.az saytı ötən dövr ərzində özünü digər mətbuat orqanları üçün etibarlı xəbər mənbəyi kimi təsdiq edib. Agentliyin xəbərlərini ölkədə fəaliyyət göstərən 100-dən artıq informasiya resursu, o cümlədən televiziya, radio, qəzet və xəbər saytları yayımlayıblar. Saytın rus və ingilis dillərindəolan versiyalarında Azərbaycanla bağlı dərc olunan xəbərlər beynəlxalq KİV-lərin də diqqət mərkəzinə çevrilib.

Ötən bir illik dövr ərzində ölkədə baş verən ən mühüm hadisələr agentliyin saytında geniş şəkildə işıqlandırılıb. Ən mühüm hadisələrdən biri kimi Bakıda keçirilən və bütün Avropanın idman hadisəsinə çevrilən "Bakı-2015" I Avropa Oyunlarını qeyd etmək olar.

“Report” İA ilk Avropa Oyunlarına aid məlumatların yayım sayına və keyfiyyətinə görə ölkənin ən qabaqcıl informasiya resurslarından biri olub. Belə ki, Oyunlar keçirilən dövr ərzində www.report.az 2172 xəbər dərc edib. Bunlardan 1003-ü Azərbaycan, 631-i rus, 538-i ingilis dillərində olan xəbərlərdir. “Report” oxucuları Avropa Oyunları zamanı agentliyin saytı vasitəsilə yarışları canlı izləmək, həmçinin yarışların ən maraqlı anlarından fotosessiyalarla tanış olmaq imkanı əldə ediblər.

“Report” 2014-cü il dekabr ayının 23-də Azərbaycanda keçirilən bələdiyyə seçkilərini yüksək səviyyədə işıqlandırıb, hazırda isə V çağırış Milli Məclisə seçkilərlə bağlı ən son xəbərləri çatdırır.

“Report” əməkdaşlarının fəaliyyəti ötən dövrdə dövlət səviyyəsində yüksək qiymətə layiq görülüb. Belə ki, prezident İlham Əliyevin Azərbaycan Respublikası kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında imzaladığı sərəncamla “Report” İnformasiya Agentliyinin redaktoru İmdad Əlizadə “Tərəqqi” medalına layiq görülüb.

Həmçinin, daxili işlər naziri, general-polkovnikRamil Usubovpaytaxtın Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı ekstremal şəraitdə peşə borcunu ləyaqətlə yerinə yetirərək əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmiş “Report” İA-nın fotomüxbiri Orxan Əzimovu qəbul edib və ona nazirliyin “Fəxri fərmanı”nı təqdim edib.

“Report” İnformasiya Agentliyi gündəlik bülletenlər vasitəsi ilə də məlumatların abunəçilərə təqdim edilməsini həyata keçirir. Agentliyin dərc etdiyi məlumatlara abunə olan qurumlar və şəxslər www.report.az saytında gedən bağlı xəbərləri, analitik məlumatları oxumaq üstünlüyü qazanırlar.

“Report” İA sutka ərzində Azərbaycan dilində orta hesabla 140-150, rus dilində 80-90, ingilis dilində 40-50 xəbər istehsal edir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
00:40 18.10.2026
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
00:33 18.10.2026
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
00:27 18.10.2026
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
00:23 18.10.2026
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
00:16 18.10.2026
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
23:56 17.10.2026
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
23:53 17.10.2026
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
23:41 17.10.2026
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
23:27 17.10.2026
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
Belçikada polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdi
23:16 17.10.2026
Belçikada polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdi
"Barselona" "Betis"i darmadağın etdi, liderliyini qorudu
23:03 17.10.2026
"Barselona" "Betis"i darmadağın etdi, liderliyini qorudu
Bərdə xəstəxanasında huşsuz vəziyyətdə olan pasiyentin döyüldüyü iddia edilir - VİDEO
22:53 17.10.2026
Bərdə xəstəxanasında huşsuz vəziyyətdə olan pasiyentin döyüldüyü iddia edilir - VİDEO