'Rəqibin zəif tərəflərini deməyəcəm, çünki bundan istifadə etmək istəyirik' - Berti Foqts

İDMAN
00:42 22.03.2013
1373
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun Lüksemburqda mətbuat konfransı keçirilib.AZXEBER.COM-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, B.Foqts bildirib ki, hazırlıq artıq sona çatıb.Onun sözlərinə görə, “Məşq prosesindən çox razı qaldım. Çətin məşqlərə baxmayaraq, futbolçular böyük həvəslə çalışıblar. Lakin həmişə demişəm ki, məşqlə oyun fərlqidir. Futbolçular özlərini oyunda göstərməlidirlər”.Baş məşqçi bildirib ki, Lüksemburq millisinin hansı nəticələr əldə etdiyini, Portuqaliya yığmasına necə çətin anlar yaşatdığını, digər oyunlarda yaxşı təsir bağışladığını bilir: “Bu gün kim daha az səhv etsə, o da qalib gələcək. Lüksemburq yığmasının gənc baş məşqçisi var. Portuqaliya millisinə uduzdquları oyunda heç-heçə etməli idilər. İsrail yığmasına qarşı pis oynayıblar. Hər şeyi təhlil etmişik.Rəqibin zəif tərəflərini deməyəcəm, çünki bundan istifadə etmək istəyirik”.

OXŞAR XƏBƏRLƏR