Rəqqasə: "Özüm haqqında bu cür açıqlamalar vermirəm"
Rəqqasə Fatimə Fətəliyeva canlı efirdə bərk əsəbiləşib. ANS telekanalında yayımlanan "Günə Baxan" verilişində qonaq qismində iştirak edən rəqqasə şəxsi həyatı ilə bağlı yayılan xəbərlər onu məyus etdiyini bildirib. Rəqqasə onun haqqında mediada “kəbinsiz yaşaması” ilə bağlı yayılan məlumatıa aydınlıq gətirib: “Mənə sual verdilər ki, kəbinsiz xanıma necə baxırsınız? Mən də dedim ki, normal. Amma demədim ki, mən də kəbinsizəm. Özüm haqqında bu cür açıqlamalar vermirəm. Mənim şəxsi həyatım heç kimə maraqlı olmamalıdır. Nə cür yaşadığım yalnız mənə maraqlıdır”. (anspress)