Rəqqasə Fatimə: 'Tanıyanlar da bilir ki, içən deyiləm' - VİDEO

MAQAZİN
16:14 17.04.2013
2749
Rəqqasə Fatimə qəzəblənib.O, AZXEBER.COM-a açıqlamasında Moskvada el məclislərinin birində ("Zita və Gita" hind filmindən) Gitanın sərxoş vəziyyətdə mahnı oxuduğu səhnəni canlandırmasından sonra yayılan söz-söhbətlərə münasibət bildirib:“Mən rəqqasəyəm. Səhnədə hər hansı bir obrazı canlandıra, oynaya bilərəm. Mənim el məclisində və ya hər hansı bir səhnədə sərxoş obrazını canlandırmağım, mənim də sərxoş olduğum anlamına gəlmir. Niyə bəzi insanlar hər şeydən şou düzəltmək istəyirlər? Haqqımda boş – boş danışanlar bilsinlər ki, mən məşədi xanımam. Tanıyanlar da bilir ki, içən deyiləm. Məni kiminləsə səhv salmasınlar”, -deyə rəqqasə əlavə edib.Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR