Tanınmış rəqqasə Fatimə Fataliyeva Azərbaycan Dövlət Musiqi komediya teatrının yaradıcı heyətinin üzvlərindən olan “Təbəssüm” rəqs qrupu ilə birlikdə böyük bir layihəyə üzərində çalışır.Layihə barədə öz təəssüratlarını AZXEBER.COM-a danışan tanınmış rəqqasə bildirib ki, artıq bir aya yaxındır ki, qrup üzvləri ilə məşqlər davam edir. “Bir neçə müddətdir ki, “Təbəssüm” rəqs qrupunun rəqs çalışmaları ilə məşğulam. Bu davamlı olaraq, işləmək barədə razılaşma əldə etmişik. Layihənin ilk mərhələsində isə Novruz Bayramına uyğun rəqs nümunəsi göstəriləcək” - deyə o, əlavə edib.