Rəqqasə Oksana arzusuna çatdı - FOTO

Rəqqasə Oksana arzusuna çatdı - FOTO
MAQAZİN
14:44 10.05.2017
1241
Oksana sevincindən göz yaşların saxlaya bilmədi
 
Hindistanda olan rəqqasə Oksana Rəsulova sevdiyi xareqrofla görüşüb.
 
AZXEBER.COM xəbər verir ki, Oksana hind xareqrofu Madhuri Dixitlə görüşüb. Sevincinin həddi-hüdudu olmayan rəqqasə şəkillərin sosial şəbəkədə paylaşaraq belə şərh yazıb: "Mənim canım gözəlim Madhuri Dixit ilə bu gün görüş oldu. İnsan necə də gözəl qəlbli ola bilər. Sevincimdən ağlamaq istəyirdim. Bundan öncə də görüşümüz olmuşdur. Amma bu gün başqa oldu. Məni öz tələbəsi elan etdi.”
 
Qeyd edək ki, rəqqasə Oksana Rəsulova işləri ilə bağlı bir müddət Hindistanda olacaq.
 
Nazim Qasımzadə,
AZXEBER.COM
 
 

 

 

OXŞAR XƏBƏRLƏR