Rəqsanə 2000 manat borcunu niyə ödəmir?

Rəqsanə 2000 manat borcunu niyə ödəmir?
MAQAZİN
12:10 01.11.2023
241
Rəqsanə İsmayılovanın müğənni Əli Pormehrə 2000 manat borcu var.

AZXEBER.COM xəbər verir ki, bu gün Əli Pormehr ATV telekanalında yayımlanan "Rəngarəng səhər" verlişində qonaq olub. 
O, Rəqsanənin 2 ildir ki, ona olan borcunu ödəmədiyini iddia edib:

"Müğənni Rəqsanə İsmayılova 2 il əvvəl mənim iki mahnımı oxuyub. Bunun üçün mənə 2000 manat ödəniş etməli idi. Amma bu günə qədər o məbləği ödəməyib”. 
 
Aktrisa Mehriban Xanlarova da canlı yayım vasitəsilə Rəqsanəyə səslənib, pulu qaytarmağı xahiş edib. Əli Pormehr isə Rəqsanə xanımın puluna ehtiyacının olmadığını bildirərək, əgər ödəniş olunarsa o pulu aktrisa Mehriban Xanlarovaya verəcəyini söyləyib.

Aysel
OXŞAR XƏBƏRLƏR