Rəqsanə Azərbaycandan getdi - FOTOLAR

MAQAZİN
13:11 01.11.2012
3171
Müğənni Rəqsanə Bakını tərk edib. Sənətçi sırağagün gecə Türkiyəyə yola düşüb.
Noyabrın birinci ongünlüyünə qədər Türkiyədə qalacaq sənətçi albom hazırlıqlarına başlayıb. Bundan sonra onun yolu tez-tez Türkiyəyə düşəcək. O, ənənəvi yaradıcılıq işlərərinin həllini Türkiyədə nəzərdə tutub. Bu barədə AZXEBER.COM-a açıqlama verən Rəqsaənə bildirib ki, ona təzyiq olundauquna görə o, ölkənin tərk etmək məcburiyyətində qalıb: «İki gün əvvəl mənə təzyiq olunduğu barədə açıqlama verəndə, məcburiyyətdən ölkəni tər edəcəyimi açıqladım. Bu səfər həmin zərurətdən yaranmayıb, əvvəlcədən planlaşdırılmışdı. Bakıya qayıdacam. İnanıram ki, haqq-ədalət yerini tutucaq və mən insanlar üçün məhkəmə qalmaqalları ilə deyil, ancaq sənətimlə maraqlı olacam» - deyən Rəqsanə bildirib ki, Türkiyəyə çatan zaman ona TMB kanalından dəvət gəlib.Ötən gün axşam saatlarında telekanalın «Nurseza ilə günün ritmi» verilişində qonaq olan sənətçi həm mahnılar ifa edib, həm də teleaparıcı ilə özündən, yerli şou-biznesdən danışıb. Teleaparıcı Rəqsanəni Azərbaycanda olarkən tanıdığını və keçirilən konsertlərin birində tamaşaçını çoşdurmağı bacaran bir sənətçi olaraq təqdim edib. Və onu bu və digər xarakterinə görə, Türkiyənin Seda Sayanı ilə müqayisə edib.Verilişin gedişatında Rəqsanə Türkiyəli həmkarlarından biri ilə duet oxumaq planını açıqlasa da, hələlik ad çəkməyib. Sözünün davamı olaraq isə bildirib ki, Sezen Aksunun repertuarından məhşur mahnılardan birini oxumağa hazırlaşır. Yaxın gələcək üçün yaradıcılıq planlarını Türkiyə ilə planlaşdırdığını efirdən səsləndirən sənətçi, canlı verilişdən sonra birbaşa səsyazma studiyasına yollanıb. O, aranjeman olunan mahnılarla tanış olub, mahnıları lentə yazdırmadan öncə məşq prosesinə başlayıb.Xatırladaq ki, alboma daxil ediləcək mahnıların əksəriyyətinin bəstəsi müğənninin özünə məxsusdur.

OXŞAR XƏBƏRLƏR