Rəqsanə: "Əlimə heç vaxt mikrofon alıb oxumaram"

MAQAZİN
16:57 30.07.2012
2126
Müğənni Fədaya Laçın «Yanlış-Doğru» verilişində suallara cavab verərkən müğənni Rəqsanə haqqında danışıb. Rəqsanənin onunla bir səhnəni bölüşməmək üçün «Toylar Kraliçası» verilişində iştirakdan imtina etdiyi barədə dolaşan fikrə aydınlıq gətirən sənətçi «deməzdim ki, mənə görə imtina edib, çünki orada məndən başqa müğənnilər var idi. Sadəcə, o, canlı oxumaqdan ehtiyat etdi. Mən onu istedadlı müğənni hesab etmirəm. Bizim normal münasibətlərimiz var, amma bilmirəm, bu verilişdən sonra necə olacaq? Əgər o iki mahnı oxuyubsa, onu ustad hesab etmək olmaz», - deyə bildirb.Həmkarının fikri ilə tanış olan Rəqsanə onu cavabsız qoymadı.«Həqiqətən də, istedadlı müğənnidir. Amma məni həmin verilişə onunla bir səhnədə çıxış etmək üçün çağırmamışdılar ki, imtina da eləyim. Orada sənətçilər məşhurlaşmaq və toy tutmaq üçün verilişə çıxırlar. Mənim buna ehtiyacım olmadığı üçün təklifdən ilk dəfədən imtina elədim. Amma təklifə qədər adımı xəbərsiz anonslara salmışdılar. Bunun da reytinq toplamaq üçün edildiyi bəlli idi. Əslində, adım Fədaya Laçınla deyil, Mətanət Əsədova ilə anonsa salınmışdı».Rəqsanə həmkarının onun sənəti ilə bağlı söylədiyi fikrə də münasibət bildirib.

OXŞAR XƏBƏRLƏR