Müğənni Rəqsanə İsmayılova yeni klip çəkilişlərinə hazırlaşır.
AZXEBER.COM-un məlumatına görə, bu barədə lent.az-a məlumat verən sənətçi bildirib ki, yeni klipi qeyri-adiliyi ilə seçiləcək. Belə ki, o, erotik səhnələrin yer aldığı yeni klipinin çəkilişlərinə başlayacağını deyib: “Əslində bizdə bu cür klipləri insanlara pis təqdim edilər. Amma çalışmalıyıq ki, bunlar qəbul olunsun. Xarici kliplərdə buna baxırıqsa, özümüzdə olanda da baxılmalıdır. Klipimin ssenarisini tam açıqlamaq istəmirəm. Amma fikrimdə var ki, klipdə 40-50 nəfər çəkilsin. Orada yer alan erotik səhnələrin bəzilərini özüm də oynayacağam”.