ANS PRESS-in məlumatına görə, gözəlləşmək naminə dəfələrlə üzünə və bədəninin bir neçə nahiyəsinə cərrahi müdaxilələr etdirən müğənni növbəti dəfə bıçaq altına girəcək. Müğənni sözügedən əməliyyatını Novruz bayramından sonraya planlaşdırdığını deyir: "Bayramı keçirdikdən sonra, Moskvada azərbaycanlılar qarşısında konsert proqramı ilə çıxış etdikdən sonra Türkiyəyə qayıdıb, əməliyyata orada girəcəm. Bu dəfə özümü türk həkimlərinə həvalə edəcəm. Həkimlər əməliyyatın 8 saat davam edəcəyini deyirlər. "