Rep ifaçısı Hüseyn Dəryanın qəbir daşının xərclərini öz üzərinə götürmək istədiyini bildirib
Müğənni Rəqsanə İsmayılovadan mərhəmətli addım. ANS PRESS-in məlumatına görə, sənətçi martın 15-də gecə saatlarında avtomobil qəzası keçirərək dünyasını dəyişən və ötən gün dəfn olunan məşhur rep ifaçısı Hüseyn Dəryanın qəbir daşının xərclərini öz üzərinə götürmək istədiyini bildirib. Bu barədə Rəqsanə ilə yaxın münasibətdə olan prodüser Sayqa Cahid saytımıza verdiyi müsahibəsi zamanı bildirib.
“Rəqsanə mənə zəng vurdu Hüseynin ölümünü eşitdikdə çox pis olduğunu bildirdi. O bildirdi ki, H. Dərya ilə yaxın münasibətimiz olmayıb, amma buna baxmayaraq sənət dostu olub. Həm də müsəlmançılıq olsun deyə istəyirəm onun qəbir üstü xərclərini ödəyim. Məndən xahiş etdi ki, rep ifaçısının ailəsi ilə danışım. Bu gün mərhumun bacıları, anası ilə söhbət edəcəyəm. Bu məsələdə onların razılığı mütləqdir”.
Qeyd edək ki, ötən gün məşhur rep ifaçısının dəfn mərasimində bir neçə sənət yoldaşları sırasında Rəqsanə İsmaylovada olub. O göz yaşlarını saxlaya bilməyib.


