“Səhhətimlə bağlı özüm oruc tuta bilmirəm”.
Səhhəti ilə bağlı hər il olduğu kimi orucunu tuta bilməyən müğənni Rəqsanə İsmayılova borcunu iftar süfrəsi verməklə çıxmağa çalışacaq.
Müğənni bildirib ki, sabah “Meridian” restoranında 50 nəfərlik iftar süfrəsi açdıracaq. Bura sənətçinin həmkarları, tanıdığı oruclu şəxslər dəvət olunacaq.
“Səhhətimlə bağlı özüm oruc tuta bilmirəm. Hələ də öskürürəm. Bronxlarımdakı problemə görə dərman qəbul edirəm” - deyən Rəqsanə xanım hər il Ramazanda Allaha olan borcunu çıxmağa çalışdığını bildirdi.
///oxu.az