Rəqsanə kişi müğənninin yolunu gözləyir - FOTOLAR

Rəqsanə kişi müğənninin yolunu gözləyir - FOTOLAR
MAQAZİN
15:57 01.03.2013
2630

Ötən həftədən Türkiyəyə yerləşən müğənni Rəqsanə İsmayılova studiya çalışmalarına davam edir. AZXEBER.COM-un məlumatına görə, peşəkar musiqiçi Özgür Arkun və onun heyəti ilə çalışan Rəqsanə albom hazırlıqlarını tamamlamaq üzrədir. Qeyd edək ki, bu günlərdə virtual aləmdən yazışan Rəqsanə xanım və əməkdar artist Zaur Əmiraslanov duet oxumağa qərar veriblər. Rəqsanə xanım həmkarını Türkiyəyə dəvət edib. Dəvəti qəbul edən Zaur bəy yaxın günlərdə yola çıxacaq.

Rəqsanə xanım isə bildirib ki, İstanbula gələndən hər gün səhərdən gecə saatlarına qədər mahnıların məşqlərində və studiya yazılışında iştirak edir.

“Yorğun günlərdi. Amma keyfiyyəti görəndə, yorğunluğu unuduruq” – deyən sənətçi İstanbulda yeni ev kirayələyərək, çalışmaq üçün özünə rahat məkan seçdiyini bildirib.Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR