Rəqsanə Moskvaya niyə gedib?

MAQAZİN
14:09 29.07.2014
1554
Rəqsanə İsmayılova hazırda Moskvadadır. 
AZXEBER.COM xəbər verir ki, Rəqsanənin yenidən Mokvaya üz tütmasına səbəb isə imiciylə bağlıdır. 
 Sevgililər günü “Yaşıl teatr” da keçirdiyi konsertlə bağlı saçlarının bir hissəsini keçəl etdirən Rəqsanə saçlarını uzatmaq qərarına gəlib. Səs-küyə səbəb olan imicinə görə Rihanna ilə müqayisə edilən yerli müğənninin bir neçə günə ölkəyə qayıdacağı gözlənilir. Bir an belə yerində durmayan ifaçı bu dəfə də İstanbula yollanacaq. Rəqsanənin mətbuat katibinin saytımıza bildirdiyi məlumata görə, bu səfərin iki məqsədi var. 
Birincisi yeni fotosessiya, ikincisi isə yarımçıq qalan klipin ardını çəkmək. 
 Qeyd edək ki, Rəqsanə söz verdiyi kimi yeni konsertlə bağlı artıq hazırlıqlara başlayıb.
OXŞAR XƏBƏRLƏR